Yer fıstığı ən zərərli çərəz elan edilib
27.12.2021 17:35

Araxis və ya yer fıstığı ən zərərli çərəzlərdən hesab olunur.

 

Aztibb.az expert.ru-ya istinadla bildirir ki, bu barədə rusiyalı dietoloq Svetlana Pançenko xəbərdarlıq edib.

 

"Araxis əslində paxlalılar ailəsinə aiddir və yerdə bitir. Mənfi cəhətlərdən biri - ən çox güclü allergenlərdən biri hesab olunmasıdır. Torpaqda böyüdüyündən, o, tez-tez insan sağlamlığına mənfi təsir göstərə bilən kif göbələrlərinin , bu isə insan səhhətinə mənfi təsir göstərə bilər", - deyə Pançenko izah edib.

 

O, istənilər qoz-fındıqların tərkibində də, araxisdə də fitin turşusu olduğu barədə xəbərdarlıq edib:

 

"Bu qidada olan bir sıra mikroelementlərin, məsələn, dəmirin mənimsənilməsinə mane olur. Buna görə də, çiy qoz-fındıqları yeməkdən əvvəl bir neçə saat isladıb sonra qurutmaq daha yaxşıdır", - deyə diyetoloq sözlərini yekunlaşdırıb.

 

Qeyd edək ki, sadalanan xüsusiyyətlərə baxmayaraq, yer fıstığının bir sıra faydalı xüsusiyyəti də var. Araxis mərci, lobya, noxud, soya kimi bitkilərin yaxın qohumudur, bu səbəbdən ürək və damarlar üçün çox faydalı məhsuldur.

 

Həftədə 6 gün 1 ovuc (təxminən 30 qr) araxis yeyən insanlarda ürək-damar sistemi xəstəliklərinin və bu xəstəliklərdən ölümün riski 30% azalır. Alimlər bunu araxisin tərkibində olan maqnezium, fitosterol və fol turşusu ilə izah edirlər.

 

Maqnezium - damarları genişləndirir və bununla da arterial təzyiqi aşağı salır. Bu isə bir çox ürək-damar sistemi xəstəliklərinin profilaktikasıdır.

 

Fitosterol - pis xolesterolun səviyyəsini aşağı salır və bununla da aterosklerozun inkişafının qarşısını alır. Ateroskleroz zamanı damarlarda xolesterol yığılır ki, nəticədə damarlar daralır, onların elastikliyi pozulur. Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin əsas səbəbi sayılır. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev