Qəfil ürək ölümü riskini artıran AMİLLƏR
27.12.2021 16:13
Qəfil ürək dayanması ölümün əsas səbəblərindəndir. ABŞ-da aparılan statistik araşdırmalara görə, ildə qəfil ürək ölümlərinin sayı 300-400 min civarındadır. Almaniyada hər gün orta hesabla 300 nəfər qəfil ürək dayanması səbəbindən ölür. Qəfil ürək ölümü hər yaşda baş verə bilər.
Bu barədə məlumat verən ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bildirib ki, ani ürək ölümü kişilərdə qadınlara nisbətən 3-4 dəfə çox olur.
Həkim qeyd edib ki, qəfil ürək ölümü, əvvəllər ölümcül xəstəliyi olmayan bir şəxsdə gözlənilmədən və simptomların başlanmasından sonra qısa müddət ərzində (adətən 1-2 saat ərzində) baş verən ölümdür. Tez-tez uzun müddətli mədəcik taxikardiya və ya ventriküler fibrilasiya adlanan ölümcül ritm pozğunluqlarının formalaşması ilə baş verir. Ölüm 1-2 saat ərzində, xüsusən də dəqiqələr ərzində baş verirsə, bu, böyük ehtimalla (90-95 faiz) aritmiyadandır. Bir neçə saat ərzində baş verən qəfil ölümlər ürək əzələsinin geniş yayılmış zədələnməsi və nasos çatışmazlığı ilə nəticələnən kontraktil qüsurun nəticəsidir. Əsasən sol əsas koronarın qəfil tıxanması ilə əlaqədardır.
Hansı amillər qəfil ürək ölümü riskini artırır?
-koronar ürək xəstəlikləri
-kardiomiopatiyalar
-ürək qapaq xəstəlikləri
-miokardit
-anadangəlmə ürək xəstəlikləri
-ilkin ritm pozğunluqları
-dərmanlar və bəzi zəhərli maddələr
"Qəfil ürək ölümlərinin 70 faizinin əsas səbəbi koronar arteriya xəstəliyidir. Bu xəstəlik üçün risk faktoru olan hipertoniya, şəkərli diabet, siqaret, ailə anemnezi, piylənmə, oturaq həyat ani ürək ölümləri üçün də keçərlidir. Qəfil ölüm riskini azaltmaq üçün bütün bu risk faktorlarına nəzarət etmək və risk qrupunda olan şəxslərin zamanında müayinədən keçməsi məsləhətdir", - deyə o, əlavə edib.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

