Qreypfrut pəhriz saxlayanlar və arıqlamaq istəyənlər üçün faydalıdır
21.12.2021 15:57

Qreypfrut 1650-ci ildə Karib dənizindəki Barbados adasında aşkar edilib. Qanda xolesterinin miqdarını aşağı salan qreypfrutun tərkibində damarların tutulmasının qarşısını alan pektin kimi faydalı maddə var. Yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün də bu meyvə çox faydalıdır.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, qreypfrut azkalorili olduğuna görə pəhriz saxlayanların və arıqlamaq istəyənlərin də menyusuna daxil olan qidadır, çünki o iştahanı azaldır, yeməkdən sonra yaranan ağırlıq hissini aradan qaldırır. Onun 100 qramında 74 kilokalori var.

 

1 ədəd darçın çubuğu, 1 çay qaşığı bal, 2 xörək qaşığı razyana və 1 litr qaynadılmış suyun üzərinə doğranılmış bir ədəd qreypfrut və 8 yarpaq cəfəri əlavə edilərək qarışdırılır,10 dəqiqə dəmlənəndən sonra gün ərzində qəbul edilməsi arıqlamaq istəyənlər üçün çox müsbət səmərə verir.

 

Qreypfrutu kəsən kimi yemək lazımdır, onun dadının bir qədər acımtıl olması üzərindəki ağ örtüklə əlaqədardır. Onun qabığının soyulub yeyilməsi düzgün deyil, çünki meyvənin əsas faydası həmin ağ örtükdədir. Həmin qabıqda naringin adlanan maddə var. Narıngin bir müddət iştahanı boğur, tərkibindəki qlükoza metabolizmi sürətləndirir və qısa zamanda artıq çəkidən xilas olmağa kömək edir.

 

Mədə xorasından əziyyət çəkənlərin və qan təzyiqini aşağı salan dərmanların qəbulu zamanı qreypfrutdan istifadə etməsi məsləhət görülmür. Turş dadı, tərkibində insulin səviyyəsinə qaldıran və erkən yaşlanmaya səbəb olan maddələr də var. Ona görə də orta yaşlılar tərəfindən gün ərzində yarım qreypfrut yemək norma hesab olunur.

 

Meyvənin qabıqları da çox faydalıdır. Tərkibində mikro və makro elementlərin çoxu qabıq hissədə cəmləşib. Qabıqlara xüsusi şirniyyatlar və çərəzlər əlavə edilərək qida məhsulları hazırlanır. Onu mütləq qaranlıqda saxlamaq məsləhətdir. Otaqda, gün işığı altında saxlamaq tərkibindəki faydalı elementlərin itirilməsinə səbəb olur.

 

Yetişmiş məhsulu seçərkən ən ağır olan və üzərində qırmızı ləkələrin çoxluq təşkil etdiyi meyvəyə üstünlük verilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev