Öskürəyə təbii yolla və dərman üsulu ilə ÇARƏ
21.12.2021 16:59
Öskürək zamanı çoxlu maye qəbul etmək lazımdır. Yaşlı insanlarda susuzluq hissiyyatı itdiyinə görə dehidratasiyaya tez məruz qalırlar. Lakin sutkada 2 litr maye kifayətdir. COVID-19-un müalicəsində restriktiv strategiya ilə maye verilməlidir. Maye bəlğəmi yumşaltmağa və asan xaric olmağa kömək edəcək.
 
Aztibb.az xəbər verir ki, tanınmış həkim-reanimatoloq Şahin Məmmədov "Facebook"da koronavirus xəstələrində öskürəyin qarşısının alınması barədə tövsiyələr verib.
 
O, bildirib ki, dərmansız vasitə kimi bal və ya doşabdan istifadə etmək tövsiyə olunur. Balın öskürək əleyhinə təsiri artıq sübut olunub. 1 çay qaşığı bal gündə 4-5 dəfə qəbul etmək olar. Sadəcə nəzərə almaq lazımdır ki,  bal botulizm təhlükəsinə görə 1 yaşa qədər uşaqlara olmaz. 
 
Həkimin sözlərinə görə, əgər öskürək zamanı bal kömək etməzsə, gündə 4 dəfə olmaqla kodein (15-30 mq dozada) qəbul etmək olar. Öskürək çox güclüdürsə, dozanı 30-60 mq-a qədər artırıb gün ərzində 4 dəfə qəbul etmək məqsədəuyğundur. Maksimal doza isə 1 gündə 240 mq təşkil edir. Kodein tərkibli preparatlar apteklərdə müxtəlif adda ola bilər, sadəcə, içindəki kodeinin dozasına diqqət etmək lazımdır.
 
"Dərmana müraciət ediriksə, kodein ilk seçim olmalıdır. Lakin xəstəxanalarda və təcili yardım həkimləri morfin yarım ml (5 mq) gündə 2 dəfə xəstələrə vurmaqla da öskürəyi kəsə bilərlər.
 
Unutmayın ki, bronxektaziya və xroniki bronxiti olan insanlara öskürəyi mərkəzdən tam söndürmək məsləhət deyil", - deyə həkim əlavə edib. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev