Diş əti xəstəlikləri psixi pozuntuların yaranma riskini yüksəldir - TƏDQİQAT
20.12.2021 17:15

Birminhem Universitetinin alimləri müəyyən ediblər ki, diş əti xəstəlikləri ağız boşluğu ilə əlaqəsi olmayan digər xəstəliklərin yaranması üçün yüksək risk təşkil edir. Buna psixi pozuntular və ya ürək-damar xəstəlikləri aiddir.

 

Aztibb.az medikforum.ru-ya istinadən xəbər verir ki, tədqiqatçılar qinqivit və periodontit (müalicə olunmadıqda dişlərin itirilməsinə səbəb olur) daxil olmaqla periodont xəstəlikləri üçün həkimə müraciət etmiş 64 379 britaniyalının sağlamlıq vəziyyətini təqib ediblər.

 

Tədqiqatın iştirakçılarından 60 995 nəfərdə qinqivitə, 3 384 nəfərdə isə periodontitə rast gəlinib.

 

Onların statistikasını periodont xəstəlikləri müşahidə olunmayan 251 161 pasiyentdən ibarət nəzarət qrupunun məlumatları ilə müqayisə ediblər.

 

Tədqiqat iştirakçılarının orta yaşı 44 təşkil edib, onların 43%-i kişilər, 30%-i isə siqaret çəkənlər olub. Nəticələr göstərib ki, periodont xəstəlikləri tarixçəsinə malik pasiyentlər 37% daha çox psixi, 33% daha çox avtoimmun, 18% daha çox ürək-damar xəstəlikləri ilə rastlaşırlar.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev