İnsan orqanizminin ən sirli orqanlarından olan - DALAQ
20.12.2021 16:20
Dalaq - orqanizmdə ən sirli orqanlardan biri sayılır. Dalağın orqanizmdə rolu müasir tibdə hələ də sona kimi araşdırılmayıb.
 
Aztibb.az-ın tibbi mənbələrə istinadla verdiyi xəbərə görə, dalağın orqanizmdə bir neçə müxtəlif funksiyası var: qanı viruslar, bakteriyalar, infeksiyalardan, mutasiyaya uğramış hüceyrələrdən təmizləyir, köhnə, xəstə, "keyfiyyətsiz" qan hüceyrələri tutur və onları məhv edir.
 
Bəzən dalaq böyüyə bilər. Böyümüş dalaq adətən özünü heç bir əlamətlə büruzə vermir və əksər hallarda bu pozulma təsadüfən USM zamanı təyin olunur. Dalağın böyüməsi sol böyürdə ağrılar və hətta az miqdarda qida qəbulundan sonra mədənin dolması hissi ilə özünü büruzə verir.
 
Dalaq həm də orqanizmdə trombositlərin deposudur. Bu qan hüceyrələri qanın laxtalanmasını və qanaxmanın dayandırılmasını təmin edir. Dalaq trombositlərin müəyyən hissəsini (30-50%-ə kimi) özündə saxlayır və lazım olduqda onları qana buraxır. Məhz bu səbəbdən dalağın müxtəlif səbəblərə görə (dalağın yırtılması, bəzi xəstəlikləri və s.) xaric olunması (tibbdə - "splenektomiya")  qanda trombositlərin artmasına (trombositoza) səbəb olur. Damarlarda trombların əmələ gəlməsi isə öz növbəsində infarkt və insult kimi ağır pozulmaların əsas səbəbidir.

 

Dalaq, həmçinin dəmirin və zülalların mübadiləsində iştirak edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev