Bronxit əleyhinə TƏBİİ ÇARƏ
19.12.2021 20:44
Hər kəsə məlum olan adi bir öskürək daha da ağırlaşanda xroniki bronxitə çevrilir. Bronxit öskürəkdən daha ağır bir xəstəlikdir, belə ki, bəzən 10 illərlə çəkə bilər.
 
Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bu barədə məlumat paylaşıb. O, qeyd edib ki, bəzi hallarda bronxit astmaya da çevrilir. Xroniki bronxit zamanı aşağıdakı məcundan istifadə etmək olar. Bu, artıq sınaqdan çıxmış bir məcundur və bronxit, eləcə də astmaların müalicəsində çox effektivdir.
 
Qarazirə tozu - 50 qram
Ud hindi tozu - 50 qram
Andız kökü tozu - 40 qram
Biyan kökü tozu - 40 qram
Propolis (vərəmum) – 50 qram
Zəncəfil tozu - 40 qram
Bal - 500 qram
Keçibuynuzu bəhməzi – 500 qram
 
F.Hüseynovun sözlərinə görə, bitkilərin hamısı quru toz formasında olmalıdır: bal və bəhməz bir-birinə qarışdırılır. Propolisi 1 gün soyuducunun buzxanasında saxlayıb sürtkəçdən keçirib məcuna qarışdırmaq lazımdır. Məcundan böyüklər gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 orta xörək qaşığı, uşaqlar isə gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı qəbul etməlidirlər (məcun bitənə qədər).
 
"Xatırladım ki, bu qarışım həm də çox əla bir immunitetgücləndiricidir. Məcundan bronxit xəstələri ilə yanaşı, xroniki bronxit, allergik bronxit (əgər məcunun içindəkilərə qarşı allergiya yoxdursa) və astma xəstələri də istifadə edə bilərlər", - deyə həkim əlavə edib. 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev