"Qırmızı ət ən yaxşı dəmir və B12 mənbəyidir" - Həkim TÖVSİYƏSİ
19.12.2021 16:59

Ən yaxşı dəmir və B12 vitamini mənbəyi qırmızı ətdir. Ətin tərkibində amin turşular (zülal) orqanizmin "tikinti materialı"dır (boy artımı).

 

Aztibb.az xəbər verir ki, pediatr-neanotoloq Nurəngiz Hacıyeva bu barədə maarifləndirici məlumat paylaşıb.

 

Həkimin sözlərinə görə, ətdən başqa heç bir qidada bu ideal tərkib və nisbət yoxdur. 17 yaşa çatana kimi hər bir uşaq yumuruğunun ölçüsü qədər əti rasiona qəbul etməlidir (mal, qoyun, toyuq və balıq əti növbə ilə):

 

"Uşağın rasionuna 7 aydan gec olmayaraq ət (toyuq, hind toyuğu, balıq və mal) məhsullarını əlavə etmək lazımdır. 1 yaşdan isə qoyun əti vermək olar. Qoyun ətinin tərkibində omeqa çoxdur. İlk aylar 20 qram miqdarda maşından keçirilmiş ətlə başlayıb, 1 yaşda tədricən 100 qrama çatdırmaq olar. Uşağa 1 yaşdan xırda doğranmış ət də verilir. Ən yaxşısı 1,5−2 saat ərzində əti bişirmək və ya sobada hazırlamaqdır. Bu zaman ədviyyat və souslardan istifadəni minimuma endirmək lazımdır. Uşaqlara aid olan yeməklərdə mayonez, sirkə və soya sousu olmamalıdır. Lakin bir qədər sarımsaq və soğan əlavə etmək faydalıdır. Uşaq ət yemirsə, deməli, anlayışı yoxdur. 7 aydan qidaya ət əlavə edilirsə, uşaq mütləq bu qidanı sevəcək".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev