Osteopat: "Fəqərəarası disk yırtığının əsas simptomu bel qurşağı nahiyəsində ağrının yaranmasıdır"
17.12.2021 17:14
Bel şöbəsində fəqərəarası disk yırtığının əsas simptomu onurğa, daha dəqiq desək bel qurşağı nahiyəsində lokallaşdırılmış ağrının yaranmasıdır. Yırtığın ölçüləri böyük ölçüyə çatana qədər və onurğa beyni sinirlərinin kökcüklərinə təzyiqi cüzi olduqca (bütün bular xəstəliyin ilkin mərhələsini xarakterizə edir) xəstə bel qurşağında küt və daimi olmayan ağrılar (həmçinin lümbago kimi tanınan) hiss edir. Uzun müddətli qaçmaq, öskürək, oturmaq, ayaq üstə dayanmaq və asqırmaq ağrıların artmasına gətirib çıxarır.
 
Aztibb.az xəbər verir ki, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bu barədə tövsiyələrini paylaşıb.
 
Həkim qeyd edib ki, xəstəliyin başlanmasından bir müddət sonra yırtığın ölçüsünün böyüməsi və ya onun fibroz həlqənin sərhədini qəflətən keçməsi ağrının güclənməsinə və aşağı ətrafa: bud və ya sağrı nahiyəsinə yayılmasına gətirib çıxarır. Bu isə, öz növbəsində, radikulit olaraq qiymətləndirilir və onun gedişi işalgiya ilə: tez-tez təzahür edən güclənmiş ağrılarla müşayiət olunur. Əsasən, bu cür ağrılar bədənin mövqeyinin qəflətən dəyişməsi və ya ağır yük qaldırılması nəticəsində baş verir.
 
Ağrı ilə yanaşı, tez-tez keyimə kimi bir əlamətin də qeyd edildiyini söyləyən P.Əkbərov bu əlamətin, bir və hər iki ayağı əhatə edə bildiyini, bu zaman onun gedişinin xarakterik zəiflik və “iynə batması” hissiyyatı ilə müşayiət olunduğunu söyləyib. Qeyd edib ki, keyimənin yaranması, onurğa beyni sinirlərinin kökcüklərinin disk yırtığı tərəfindən sıxıldığını göstərir. Yuxarıda sadalanan, bel şöbəsində fəqərəarası disk yırtığı üçün xarakterik olan simptomlarla yanaşı, xüsusilə də bel qurşağı nahiyəsində hərəkət məhdudluğu qeyd edilir. Bir qayda olaraq, şiddətli ağrı kürək əzələlərində öz növbəsində gərginlik yaradır və bu da ona gətirib çıxarır ki, xəstə sadəcə olaraq tam şəkildə onurğasını düzəldə bilmir. Nəticədə, yırtıq meydana gəldikdən (6-12 ay ərzində) müəyyən bir müddət sonra, xəstədə qamətin pozulması (kifoz və ya skolioz) qeyd edilir.
 
"Yuxarıda sadalanan simptomlarla yanaşı, bəzi hallarda, fəqərəarası disk yırtığının təsiri fonunda meydana gələn kiçik çanaq üzvlərinin funksiyalarının pozulması: sidik ifrazının və defekasiyanın pozulması, impotensiya kimi əlamətlər qeyd edilir", - deyə həkim əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev