Eksimer lazer əməliyyatından sonra diqqət edilməli olan məqamlar
17.12.2021 10:26

Yaşa dolduqca, zaman keçdikcə görmə qabiliyyəti ilə əlaqədar müxtəlif problemlər yaranır. Ona görə də müvafiq müalicə prosedurları tətbiq edilir. Çox vaxt isə eynək taxmaq məcburiyyəti yaranır. Həmin məcburiyyətdən yaxa qurtarmaq üçün eksimer lazer əməliyyatı aparılır. Eynəkdən azad olmaq istəyən 18 yaşdan yuxarı kəskin xəstəliklərdən əziyyət çəkməyənlər həmin əməliyyatdan faydalana bilərlər.

 

Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-oftalmoloqu Gültəkin Məmmədova deyib: “Əslində eynək məhdudiyyətdir, amma eksimer lazer əməliyyatı estetik əməliyyatdır. Heç bir həkim heç bir xəstəni buna məcbur edə bilməz. Lakin bəzi hallarda istisnalar var. Əgər iki göz arasında görmədə rəqəm fərqi varsa və eynək taxmaq problem yaradırsa, onda həmin əməliyyatı etmək olar. Bunlar nisbi göstərişlərdir”.

 

Eksimer lazer əməliyyatının tətbiqində xəstənin analiz nəticələri, həkim və cihaz seçimi vacib rol oynayır. Saniyələr ərzində davam edən əməliyyatdan sonra görmə qabiliyyəti bərpa olunsa da, ehtiyatı əldən verməmək məsləhətdir.

 

“Əməliyyatdan sonra həmişə gözü qorumaq lazımdır. Lazerlə yonulduğuna görə istər-istəməz buynuz qişanın səthi incəlir. Belə halda görmə rəqəmlərindən asılı olaraq həkimlərin tövsiyəsinə uyğun şəkildə hərəkət etmək vacibdir, əməliyyatdan sonra gözü ovxalamaq, rəngli olsa belə kontakt linzalardan istifadə etmək olmaz və gözü hər hansı zədədən də qorumaq lazımdır. Həmin məhdudiyyətlərə əməl olunmasında böyük fayda var”,- deyə həkim-oftalmoloq bildirib.

 

Lazer əməliyyatından sonra gözdə yaranan quruluğu aradan qaldırmaq üçün 3-6 ay, 1 il və daha çox müddətdə həkim məsləhəti ilə müvafiq dərmanlardan istifadə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev