Sağlamlığa zərərli qazlı suların satışa çıxarılmasının qarşısı alınıb - Qida Təhlükəsizliyi Agentliyi 
16.12.2021 14:04
Gəncədə qazlı su və alkoqolsuz içkilərin istehsalı sexində nöqsanlar aşkar olunub.
 
Aztibb.az-ın xəbərinə görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
 
Agentlik əməkdaşları Gəncə şəhərində fəaliyyət göstərən, fiziki şəxs Hakimi Bəxtiyar Mirzəağa oğluna məxsus qazlı su və alkoqolsuz içkilərin istehsalı müəssisəsində yoxlama keçirib. Yoxlama zamanı müəssisədə “Zəhra bulağı” nişanlı qazlı suların və “Happy new year” nişanlı alkoqolsuz içkilərin digər istehsalçı şirkətlərə məxsus şüşə butulkalarda qablaşdırıldığı, etiket məlumatlarında bir sıra kobud nöqsanlara yol verildiyi aşkar edilib. İstehsal olunan qazlı suyun üzərində Samux rayonunda yerləşən “Zəhra” bulağı nişanı qeyd edilsə də, Gəncə şəhərində yerləşən su anbarından gətirildiyi, əsassız olaraq müalicəvi və s. məlumatların qeyd olunduğu məlum olub.
 
Həmçinin müəssisədə sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, su çənlərinin dövri olaraq dezinfeksiya olunmadığı müəyyən olunub. Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. 0.7 litrlik “Happy new year” nişanlı 3620 ədəd alkoqolsuz içkinin və 0.5 litrlik “Zəhra bulağı” nişanlı 380 ədəd qazlı suyun satışa çıxarılmasının qarşısı alınıb. Araşdırmalar davam edir.
 
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev