Yaşlı insanlarda tiroid vəz problemləri
16.12.2021 12:24
Yaşlı insanlarda tiroid vəzinin disfunksiyası gәnclәrlə müqayisədə iki dәfә daha çox rastlanır. Yaşlandıqca vəzin fiziologiyası dәyişir. Tiroid xəstəliyinin simptomları da yaşlılarda daha fәrqli olur.
 
Aztibb.az xəbər verir ki, həkim endokrinoloq Fərhad Burzu bu barədə məlumat paylaşıb.
 
Həkimin sözlərinə görə, yaşlılarda hipotiroid, hipertiroidə nəzərən daha sıx rast gәlinir. Hipertiroid adәtәn ürәk-damar, nevroloji xәstәliklәrin kәskinlәşmәsi ilә aşkar olunur. Xәstәlәr qәbizlikdәn, iştahın olmamasından, sümük kütlәsinin azalmasından şikayәt edirlәr. Gәnc xәstәlәrdәki kimi, diaqnoz qanda tiroid hormonların sәviyyәsinә әsasәn tәsdiqlәnir. Lakin yaşlılar daha çox rentgen müayinәlәrindәn keçmələri və dәrmanların daha sıx qәbulu tәhlillәrin dәqiqliyinә tәsir edir vә bu sәbәbdәn әlavә müayinәlәr lazım olur.
 
Yaşlılarda hipertiroid әsasәn simptomatik müalicә olunur (vәzin fәaliyyәtini azaldan preparatlarla vә radioaktiv yodla).
 
Hipotiroidin simptomları yaşlılarda adi yaşlanma proseslәrinә çox bәnzәdiyi üçün diaqnostikası çәtinlәşir. Tiroid vәzin fәaliyyәtinin zәiflәmәsi autoimmun xәstәliklәrindәn, vәzdә keçirilmiş әmәliyyatdan, yodlu preparatların qәbulundan, baş vә boyun nayihәsindә şüalanmadan olur. Yaşlı xәstәlәrdә hipotiroidin xüsusi simptomları var: әl vә ayaqlar titrəyir, yaddaş pislәşir, qidalanmadan asılı olmayaraq çәki dәyişir, depresiya vә ya әksinә əsəbilik, yuxululuq, solğunluq müşahidə olunur.
 
Xəstəliyin diaqnostikası bir neçə müayinədən ibatətdir:
 
- Həkim müayinәsi
- Mövcud olan başqa xәstәliklәrin müayinәsi
- USM
- Funksional testlәrin aparılması
- Radioizotop skanlama
- Hormonların tәhlili
- MRT
 
"Әgər yaşlılarda hipotiroidizm müalicә olunmasa, xәstә miksedematoz komaya düşә bilәr", - deyən həkim qeyd edib ki, bədxassəli şiş və ya adenoma varsa, o zaman әmәliyyat lazımdır. Әmәliyyatdan sonra isә hәr gün tiroid vәzin fәaliyyәtini әvәz edәn preparatlar qәbul olunmalıdır.
 
F.Burzu əlavə edib ki, bu səbəbdən yaşlı insanlarda tiroid probleminə dair şikayətlər olmasa belə, ildə bir dəfə tiroid vəz müayinələri məsləhət görülür.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub