Kəklikotu baş ağrıları zamanı kömək edir, yaddaşı və təfəkkürü yaxşılaşdırır
16.12.2021 10:40

Kəklikotu xoş ətirli qoxuya, acı və azca yandırıcı dada malikdir. Ədviyyat bitkinin yarpaq, budaq və toxumlarından alınır. Ona ölkəmizin çox yerlərində, əsasən də Naxçıvan dağlarında rast gəlmək olur. Maraqlıdır ki, Naxçıvanda bitən kəklikotu növləri hansısa meyvənin, çiçəklərin ətir və dadını verməklə məşhurdur. Qızılgül, limon ətri verən kəklikotu bölgənin mətbəxində ən sevimli bitki kimi yer tutur.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, kəklikotunun yaşıl hissəsində 0,6 faizə qədər efir yağı var və onun da əsas hissəsini timol təşkil edir. Tərkibində bol miqdarda antioksidant maddəsi olduğundan orqanizmi onkoloji və ürək-damar xəstəliklərindən qoruyur. Dəmirin zəngin mənbəyi sayıldığından anemiya xəstələrinə də məsləhət görülür. Bitkinin tərkibində çoxlu miqdarda kalium arterial təzyiqi normallaşdırır. Dəri, sinir xəstəlikləri və əzələ spazmalarında geniş istifadə olunur.

 

Kəklikotu sinir sisteminə çox müsbət təsir göstərir, baş ağrıları zamanı kömək edir, yaddaşı və təfəkkürü yaxşılaşdırır. İmmun sistemi üçün də çox xeyirli olduğuna görə soyuq fəsillərdə kəklikotu çayı soyuqdəymə xəstəliklərinin profilaktikası məqsədilə qəbul edilir.

 

Bitkinin dəmləmələri ilə ağız boşluğu iltihabları, tonzilit zamanı qarqara edilməsi faydalıdır. Respirator xəstəliklər zamanı nəfəs yollarında yığılan bəlğəmi durulaşdırır və nəfəsalmanı asanlaşdırır. Kəklikotu yağı güclü yarasağaldıcı xüsusiyyətə malikdir. Yanıq, xora və donvurma zamanı kəklikotu yağından istifadə edilməsi müalicəvi təsir göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev