Hərarəti salır, sağalmanı tezləşdirir - Böyürtkənin FAYDALARI
15.12.2021 14:10

Böyürtkən çox faydalı və müalicəvi giləmeyvədir. Böyürtkən, onun yarpaqları və kökləri qədim zamanlardan müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunur. 

 

Aztibb.az xəbər verir ki, bu bitki bir çox vacib vitaminlər (xüsusilə E, PP, C, B qrupu), minerallar (dəmir, kalium, maqnezium, fosfor), orqanik turşular, pektinlər, antioksidantlar və s. faydalı maddələrlə zəngindir.

 

1. Böyürtkən soyuqdəymə zamanı çox yaxşı təsir edir - hərarəti salır, ümumi vəziyyəti yüngülləşdirir, iltihabı azaldır, sağalmanı tezləşdirir. Böyürtkən iltihabəleyhinə xüsusiyyətlərə görə moruqdan daha faydalı hesab olunur. 

2. Böyürtkən damarları təmizləyir, möhkəmləndirir, onları daha elastik və sağlam edir.

3. Böyürtkən sinir sistemi üçün çox faydalıdır - stresi azaldır, beyində qan dövranını yaxşılaşdırır, yaddaşı möhkəmləndirir.

4. Antioksidantlarla olduqca zəngin olan böyürtkən orqanizmdə gedən qocalma prosesləri ləngidir, bir çox xroniki xəstəliklərin və xərçəngin inkişafının qarşısını alır.

5. Böyürtkən immun sistemini möhkəmləndirir.

6. Böyürtkən ürək üçün çox faydalıdır, ürək əzələsini möhkəmləndirir, ödemləri azaldır, arterial təzyiqinin tənzimlənməsinə kömək edir.

7. Böyürtkən sidikqovucu təsirə malikdir. Sidik yollarını təmizləyir, iltihabı azaldır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev