Prostat vəz ağrılarını aradan qaldırmaq üçün RESEPTLƏR
15.12.2021 12:12
Prostat vəz problemləri zamanı cərrahi müdaxilənin qarşısını almaq üçün xalq təbabəti reseptlərindən istifadə etmək faydalıdır.
 
Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynovun sözlərinə görə, prostat vəz ağrıları zamanı qanda prostaqlandinlərin miqdarı artır, xəstə dinclik tapa bilmir, həmişə həyəcanlı olur, sidiyə çətin gedir və bəzən isə ikiləşmiş sidik olur. Sidiyə gedəndən sonra sidik qaldığından tam boşalma olmur. Eyni zamanda cinsi istək azalır və yavaş-yavaş itir. Axşamlar sidiyə getmə isə çoxalır, səhərə qədər dəfələrlə narahatlıq yaradır. Prostat vəz yerləşən nahiyədə güclü ağrılar olur:
 
"Müalicədən əvvəl prostat vəzin USM müayinəsindən keçmək və qanda “PSA total” analizi verərək müalicəyə başlamaq lazımdır. Hər 2 aydan bir yoxlanılmaqla müalicənin nəticələrini müəyyənləşdirmək olar".
 
Prostat üçün resept:
 
Prostat vəzin hiperplaziyasında (yəni böyüməsində) aşağıdakı məcundan istifadə etmək olar.
 
Zəncəfil kökü – 30 qram
Qarazirə toxumu – 50 qram
Xurma tozu (erkəkcikləri) – 100 qram
Ud hindi kökü – 50 qram
Novruz şaxtagülü – 20 qram
Bal (şabalıd vəya qaratikan) – 1 kq
 
Bitkilərin hamısı quru olmaq şərtilə qəhvəüyüdəndə üyüdülür, bir-birinə qarışdırılır. Gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı qəbul edilir. Məcunun qatılığı və acılığı narahatlıq yaradarsa, əlavə olaraq 0.5 kq-a qədər bal əlavə etmək olar.
 
İstifadədən əvvəl məcunu qarışdırmaq lazımdır. Şəkər xəstələri və təzyiqi yüksək olanların istifadə etməsi məsləhət deyil və ya ehtiyatla, az miqdarda tətbiq edə bilərlər.
 
Fitoterapevt qeyd edib ki, məcundan istifadə edərkən ishal yaranarsa, onun miqdarı yarıbayarı azaldılmalıdır, problem yarananda isə ümumiyyətlə qəbulu dayandırılmalıdır. Çünki hər bir orqanizm fərqli xüsusiyyət daşıyır və məcunun tərkibindəki bitkilərə əks reaksiya verə bilər.
 
Prostat hiperplaziyasından (böyüməsindən) əziyyət çəkənlər gündə 2 saat yeyin-yeyin gəzməlidirlər. Bəzi hallarda sidiyə getmə tam dayana bilir, bu zaman 100 qram çobanyastığı çiçəklərini 2-3 litr suda 5 dəqiqə qaynadıb ilıq olana qədər gözləyib vanna etmək lazımdır. Vanna qəbulundan sonra soyuq hava zərərlidir. Vannanı yalnız məcburiyyət olanda etmək lazımdır, çünki çox isti şərait prostat böyüməsinə əks göstərişdir.
 
Prostat böyüməsi olanlar aşağıdakı çaydan içə bilərlər:
 
Bibəriyyə yarpağı – 100 qram
Fındıq yarpağı – 100 qram
Yağı otu – 100 qram
Gülümbahar – 100 qram
 
3 stəkan suya hərəsindən 1 dolu çay qaşığı qarışdırıb dəmləməli, gündə 3 dəfə yeməkdən 50 dəqiqə əvvəl 1 stəkan içilməlidir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev