Loqoped Ləman Kazımova: “Uşaqlarda söz bazasının azlığı və çoxluğu kəkələmə problemləri yarada bilər”
14.12.2021 14:23

“Kəkələmənin yaranma səbəbləri müxtəlifdir. Söz bazasının azlığı və çoxluğu, müxtəlif nevroloji problemlər kəkələmə problemlərinə səbəb ola bilər”.

 

Aztibb.az xəbər verir ki, bu barədə  “Ondan öyrənirik” adlı layihənin “Autizm xəstəliyi nədir və necə sağalır?” mövzusuna həsr olunmuş ilk buraxılışında Sağlam Nitq Psixoloji Mərkəzinin həmtəsisçisi və rəhbəri, loqoped Ləman Kazımova bildirib.  

 

Həkim ev şəraitində valideynlərin diqqət yetirməli olduğu məqamlardan bəhs edib.

 

Bildirib ki, kəkələmənin uşaq həyəcanlandıqda və ya qorxduqda baş verməsinə, ağız aparatında, sinəsində qıcolmaların olub-olmamasına diqqət yetirmək vacibdir.

 

Həkimin sözlərinə görə, qıcolmalarla baş verən kəkələmələr yalnız professional dəstəklə müalicə olunmalıdır.

 

“Yüngül dərəcəli kəkələmələri (hər beş sözdən bir kəkələmə) valideynlər bir ay ərzində izləməli, müəyyən müdaxilələr etməlidir. Bunun üçün uşağı stresdən, həyəcanlı videolardan, qorxulu oyunlardan uzaq tutulmalı, onun normal yuxu rejiminə riayət olunmalı, qıcıqlandırıcı qidalardan (qazlı içkilər, çipslər, duzlu abur-cuburlar) imtina edilməlidir. Beyində qıcıq yaradan bu kimi amillər onun nitqinə də təsir göstərir”, - deyə L.Kazımova vurğulayıb.

 

O, bildirib ki, bundan əlavə, valideynlər ev şəraitində nəfəs texnikaları, düzgün nitq tərbiyəsi etməklə kəkələmənin azalmasına dəstək verə bilərlər.

 

Qeyd edək ki, “Ondan öyrənirik” adlı layihənin sponsoru və  informasiya dəstəkçisi Aztibb.az saytıdır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev