Revmatizm xəstəliyi əsasən genetik faktorlarla bağlıdır - Həkim
12.12.2021 09:05

Havalar soyuyan kimi oynaq, sümük, bel və kürək ağrıları artır. Həmin ağrıların yaranmasının müxtəlif səbəbləri var. Onlardan ən geniş yayılanı revmatizmdir. Revmatizm hər yaş qrupunda, o cümlədən uşaqlarda əzələ, skelet və bağlarda müşayiət olunan xroniki haldır.

 

Aztibb.az xəbər verir ki, bunu həkim-revmatoloq İlqar Məmmədov deyib. Həkim bildirir ki, revmatizm xəstəliyi əsasən genetik faktorlarla bağlıdır: “Kəskin soyuq hava şəraitində hava təzyiqinin aşağı düşməsi ilə əlaqədar olaraq sinir sisteminin ağrıya həssaslığı artır. Xəstənin hansısa oynaq və əzələsində iltihab varsa, həmin sinirin həssaslığı daha da artmış olur. Xüsusilə periferik oynaqlarda, əl və ayaq barmaqlarında kəskin ağrılar, oynaqlarda şişkinlik olarsa və həmin ağrılar səhər yuxudan oyananda sərtliklə müşahidə olunarsa, ürəyin struktur elementində dəyişiklik və zədələnmə olub-olmadığını izləmək üçün exokardioqram aparılmalıdır”.

 

Revmatizm ürəyə, qalxanabənzər vəzinə, gözə, dəriyə, hətta daxili orqanlara təsir edir: “Ümumilikdə revmatoloji xəstəliyi birdəfəlik aradan qaldırmaq mümkün deyil. Xəstəlik sakitlik mərhələsinə gətirilərək həyat davam edir. Həmin etiologiyanı tərpədən faktorlar var. İlk növbədə, hava şəraitinin dəyişməsi, bundan başqa stres faktoru, həmçinin fiziki və zehni gərginlik zamanı, eləcə də COVID-19 xəstəliyindən sonra xəstəliyin fəallaşması mümkündür”.

 

Revmatik xəstələrdə ilk olaraq əzələ, bel, oynaq ağrıları və şişkinlik, ürək-damar, həzm sistemində problemlər nəzərə çarpır. Xəstəliyin müalicəsi uzunmüddətli də ola bilər. Müalicə bitəndən sonra xəstə pəhriz saxlamalı, orqanizmin gücləndirilməsi daim diqqət mərkəzində olmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev