Orqanizmi bütün parazitlərdən təmizləyən FAYDALI QARIŞIM
09.12.2021 17:37

Bu bitki çayı orqanizmi bütün parazitlərdən əsaslı şəkildə təmizləyir.

 

Aztibb.az dünyada tanınmış effektli qarışımı təqdim edir:

 

Tərkibi:

 

- Sürvə otu;

- Tozağacı yarpaqları;

- Palıd ağacı qabığı;

- Kalendula;

- Ayıpəncəsi;

- Dağ tərxunu;

- Yovşan;

- Nanə;

- Çobanyastığı.

 

Hər otdan 1 xörək qaşığı götürülür və qarışdırılır. Bu qarışıqdan 1 çay qaşığı götürüb üzərinə 1 stəkan qaynar su tökün və termosda 1 saat ərzində dəmləyin. Hazır çayı yaxşı süzün və 1 həftə ərzində hər gün acqarına stəkanın 1/4 hissəsi qədər olmaqla, sonra 2 həftə ərzində 1 stəkan olmaqla qəbul edin. Müalicə kursu 3 həftə təşkil edir.

 

Hamilə qadınlara və kiçik yaşlı uşaqlara bu dəmləməni istifadə etmək olmaz. Daha böyük yaşda uşaqlara pediatrla məsləhətləşdikdən sonra bu çayı qəbul edə bilərlər.

 

Bəzi mədə-bağırsaq və qaraciyər xəstəlikləri zamanı bu çaydan istifadə etmək əks göstərişdir.

 

Müalicədən sonra adətən bu kimi müsbət dəyişikliklər qeyd edilir:

 

- həzm proseslərin və yuxunun yaxşılaşması;

- iş qabiliyyətinin artması;

- üz dərisinin təmizlənməsi;

- immunitetin möhkəmlənməsi;

- əhval-ruhiyyənin yaxşılaşması, stresin və depressiyanın azalması;

- allergik reaksiyaların (qaşınma, səpgilər və s.) yox olması.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev