Turşəngin faydaları və zərərləri: Qastriti olanlar DİQQƏT!
07.12.2021 16:07

Müxtəlif vitamin və minerallarla zəngin turşəng çox faydalı göyərtidir.

 

Aztibb.az xəbər verir ki, bu göyərtinin tərkibində C, K, E, B qrupu vitaminləri, biotin, beta-karotin, efir yağları, orqanik turşular, maqnezium, kalsium, fosfor, dəmir kimi minerallar var. Turşəng immun sisteminə çox müsbət təsir edir. 

 

Həmçinin onun tərkibində olan C vitamini orqanizmdə dəmirin mənimsənilməsinə kömək edir. Bu səbəbdən turşəngi ətlə birlikdə qəbul etmək lazımdır. Bu, ətdə olan dəmirin daha yaxşı sovrulmasına kömək edəcək.

 

Turşəngi və digər təzə göyərtiləri tez-tez qəbul edən insan özünün yaz avitaminozlarından qoruya bilər.

 

Qədim zamanlardan turşəng qadınlarda klimaks zamanı müalicəvi vasitə kimi istifadə olunurdu. Turşəngin müntəzəm qəbulu (təbii ki, az miqdarda) klimaksın xoşagəlməz simptomlarını azaldır.

 

Turşəng həzm proseslərinə çox müsbət təsir edir, qəbizliklə mübarizə edir. Lakin mədə şirəsinin turşuluğunun artması ilə müşayiət olunan qastritlər zamanı bu göyərtini yemək tövsiyə edilmir.

 

Qidalı liflərlə zəngin olan turşəng bağırsaqları orada yığılan şlaklar və toksinlərdən yaxşı təmizləyir.

 

Turşəng iltihabəleyhinə, antitoksik təsirə malikdir.

 

Tərkibində olan turşəng turşusu qan damarlarını xolesterindən təmizləyir, onların elastikliyini artırır.

 

B qrupu ilə zəngin olan turşəng sinir sistemi üçün faydalıdır, orqanizmdə hüceyrələrin yenilənməsini sürətləndirir.

 

Bütün bu faydalı xüsusiyyətlərə baxmayaraq bəzi xəstəliklər zamanı turşəngin qəbulu insana zərər vura bilər. Belə ki, turşəngin çoxlu miqdarda qəbulu böyrəklərdə daşların əmələ gəlməsinə səbəb ola bilər. Həmçinin turşəngin həddindən artıq miqdarda qəbulu orqanizm tərəfindən kalsiumun sorulmasını ləngidir.

 

Böyrək xəstəlikləri, mədə şirəsinin turşuluğunun artması ilə müşayiət olunan qastrit, xora xəstəliyi, bəzi bağırsaq xəstəlikləri və iltihabları, orqanizmdə su-duz balansının pozulması, podaqra xəstəliyi zamanı turşəngi qəbul etmək olmaz.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev