Əməkdar həkim Mahirə İsmayılova Naxçıvanda tələbələrə ustad dərsi keçib
07.12.2021 15:14
Naxçıvan Dövlət Universiteti Xəstəxanasında “Sonsuzluğun müalicəsində müasir texnologiyaların rolu” mövzusunda regional seminar təşkil olunub.
Aztibb.az xəbər verir ki, seminarda Mərkəzi Klinikanın Süni mayalanma şöbəsinin müdiri, Əməkdar həkim, cərrah-ginekoloq, tibb üzrə fəlsəfə doktoru Mahirə İsmayılova Tibb fakültəsinin tələbələrinə ustad dərsi keçib.
Əvvəlcə Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsever Əsədov çıxış edərək tələbələrin təcrübi bacarıqlarının qiymətləndirilməsində bu cür dərslərin mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Daha sonra Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva 13 elmi işin həmmüəllifi, süni mayalanma, doğuş, hamiləlik və qadın xəstəlikləri mütəxəssisi olan Mahirə İsmayılova haqda məlumat verib. Bildirib ki, cərrah-ginekoloq artıq bir ildir ki, muxtar respublikaya gələrək xəstələrin qəbulu, müalicəsi və süni mayalanma əməliyyat prosedurlarının həyata keçirilməsində iştirak edir.
Seminarda Mahirə İsmayılova sonsuzluğun müalicəsində köməkçi reproduktiv texnologiyaların rolundan danışıb. Sonsuzluğun səbəbləri və ona təsir edən amillər haqda tələbələrə slayd vasitəsilə əyani məlumat verib.
“Müalicə işi” ixtisası üzrə yuxarı kurs tələbələrinin iştirak etdiyi dərsdə müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, onlara Mərkəzi Klinikanın maarifləndirici broşür və bukletləri paylanılıb.
Qeyd edək ki, mama-ginekoloq Mahirə İsmayılova Naxçıvanda anadan olub. Azərbaycan Tibb Universitetinin məzunudur. O, 1996-2001-ci illərdə Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda işləyib. 2007-ci ildən indiyədək Mərkəzi Klinikada Qadın Mərkəzinin müdiridir.
Bu bölməyə aid digər xəbərlər
Naxçıvanda “Baş ağrıları və dorsalgiyalar: müasir yanaşmalar” mövzusunda I Regional Konfrans keçirilib
29.09.2026 | 16:24
ATU və AzPA-nın birgə təşkilatçılığı ilə Qarabağ Universitetində ilk irimiqyaslı elmi-tibbi konqres keçirilib
16.06.2026 | 13:46
Naxçıvanda “Ağciyər xəstəliklərinin diaqnostikası və müalicəsinə müasir yanaşma” mövzusunda konfrans keçirilib
02.06.2026 | 12:21
Bakı və Xankəndi şəhərlərində tibbin müxtəlif sahələrini əhatə edən regional konqreslər keçirilib
12.05.2026 | 16:28
Şamaxıda minimal invaziv cərrahiyyəyə həsr olunan 12-ci regional konfrans keçirilib
21.04.2026 | 16:21
Hepatit virusları ilə bağlı maarifləndirmə və profilaktik tədbirlərin təşviqi məqsədilə Şahbuz RMX-da görüş keçirilib
24.07.2025 | 11:34
Mingəçevir ŞMX-da Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib
22.07.2025 | 14:57
Bərdə rayonunda Milli Məclisin Səhiyyə komitəsinin səyyar iclası keçirilib
19.06.2025 | 16:06
Naxçıvanda cərrahi xəstəliklərin diaqnostikasına dair konfrans keçirilib
13.04.2025 | 17:14
Naxçıvanda “Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı” keçirilir
22.05.2024 | 17:18
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

