İsmayıl Əfəndiyev: “Dəm qazından zəhərlənən xəstələri mütləq həkim müayinə etməlidir”
07.12.2021 11:02
Qış mövsümünün gəlməsi ilə dəm qazından zəhərlənmələrin sayı artıb. Dəm qazı ən çox hamam otaqlarında yaranır. Bəzən zəhərlənən adamı hamam otağından çıxarmaq mümkün olur. Xəstə özünə gəlir və onun qohumları arxayınlaşır ki, bəla onlardan uzaqlaşdı. Çox təəssüf ki, bu çox səhv fikirdir. Çünki, dəm qazından zəhərlənmənin xüsusiyyəti odur ki, o qısa bir müddətdə ikinci mərhələyə keçir və artıq beyin gepoksiyası, toxuma gepoksiyası baş verir və bu xəstələrdə uzun müddət ikincili ağırlaşmalar – fəsadlar olur.
 
Aztibb.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, dosent Dr. İsmayıl Əfəndiyev ARB 24 kanalına danışıb.
 
Həkim bildirib ki, dəm qazından zəhərlənən şəxslərdə görmə qabiliyyətinin itirilməsi, beyin pozulmaları, iflic, ağır nevroloji zədələnmələr müşahidə edilə bilər:
 
"Ona görə də, zəhərlənmə zamanı qısamüddətli huşunu itirmə halı baş versə, bundan sonra xəstə tez bir zamanda özünə gəlsə də, mütləq həkim çağırılmalı, onu müayinə etməlidir". 
 
 
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev