Endokrin sonsuzluq nədir? - Həkim AYDINLIQ GƏTİRDİ
30.11.2021 11:46
“Endokrin sonsuzluq, düzənsiz ovulyasiya (yumurtlama) ilə nəticələnən qarışıq hormonal pozğunluqlardır. Bu hormonal pozğunluqların alt səbəbləri kimi qalxanvari vəzi, yumurtalıqlar, hipotalamus-hipofiz, böyrəküstü vəzilərini normal fəaliyyət göstərməməsini qeyd etmək olar. 
 
Aztibb.az xəbər verir ki, endokrinoloq Ayşən Xəlilova bu barədə məlumat paylaşıb. Onun sözlərinə görə, sonsuzluq diaqnozu qoyulan hər 3 qadından birində əsas altda yatan səbəb endokrin pozğunluq olur. Aşağıda anovulyasiyanın (yumurtlamama) endokrin səbəblərini qeyd olunub:
 
-hipotalamus-hipofiz disfunksiyası;
-yumurtalıq və ya böyrəküstü vəzi mənşəli hiperandrogenizm (qadın orqanizmində kişi cinsiyyət hormonlarının normal hüdudlardan daha çox artması);
-qalxanvari vəzi xəstəlikləri;
-esterogen və ya progesteron azlığı;
-xromosom, gen anomaliyalarına bağlı endokrin orqan xəstəlikləri;
(cinsi infantilizm, 1-cili amenoreya (aybaşının olmaması), Marfan, Turner sindromu və s.);
-piylənmə və ya əksinə piy toxumasının olmaması;
-refrakter yumurtalıqlar (Savaj sindromu) sindromu;
-erkən menopauza ( klimaks).
 
Lakin nəzərə almaq lazımdır ki, müasir endokrinoloji və ginekoloji müayinələrlə düzgün diaqnoz qoyaraq, aşkarlanan hormonal pozğunluların düzgün korreksiyası 80% hallarda hamiləliyə gətirib çıxarır.
 
"Gənc qızlarda gələcəkdə sonsuzluğa gətirə biləcək hormonal pozğunluqların qarşısını almaq üçün onlara uşaqlıqdan düzgün qulluq, sağlam qidalanma və fiziki aktivlik lazımdır. Uşaqlıq və yetkinlik dövrlərində uşaqlıq dövrü xəstəlikləri, xroniki tonzillit, revmatizm, qrip, toksoplazma kimi xəstəliklərinin qarşısını almaqla, hipotalamus-hipofiz və yumurtalıq kimi vəzilərimizin funksiyasını qorumaqla çox zaman gələcək nəslin nəslartırma qabiliyyətinin normal olmasına nail olmaq mümkün olur", deyə - həkim valideynləri bu mövzuda diqqətli olmağa çağırıb. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev