Artıq çəkinin uşaqlar üçün MƏNFİ NƏTİCƏLƏRİ
27.11.2021 13:16

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, azyaşlıların artıq çəki alması əsasən genetik və bioloji səbəblərlə əlaqədardır. Lakin bunun bir səbəbi də şübhəsiz ki, düzgün qidalanmamaq və passiv həyat tərzidir. Həkimlərin dediyinə görə, kökəlmənin qarşısını almaq üçün valideynlər uşağın qida rasionuna xüsusi diqqət yetirməlidirlər, çünki onların sevərək qəbul etdiyi yağlı və kalorili qidalar piylənməyə və nəhayət, xoşagəlməz xəstəliklərə səbəb olur.

 

Artıq çəkiyə yiyələnməmək üçün əsas “qızıl qayda”lardan biri düzgün qidalanmaqdır. Qazlı və şirin içkilər artıq çəkiyə səbəb olmaqla yanaşı, həzm sisteminə də birbaşa təsir edir, uşaqlarda mədə-bağırsaq problemi yaranır. Ümumilikdə piylənmə azyaşlıların fiziki inkişafına mane olur, boyartımını ləngidir.

 

Bakıdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova bu barədə məlumat verib: “Atıq kalori qəbul etmək və artıq çəkiyə sahib olmaq nəticəsində hormonal pozuntular yaranır. Məsələn, 10 yaşında olan uşağın qanında insulin hormonunun artdığı, treoid hormonunun pozulması halı ilə yaranır, boyu, çəkisi, yağ kütləsi yaşına uyğun olmur, zehni inkişafı ilə fiziki inkişafı arasında uyğunsuzluq yaranır. Belə olan halda həmin göstəricilərə uyğun olaraq diyeta proqramı hazırlanır və bundan sonra gedişata baxılır. Çəki itirilməsi sahəsində vəziyyət xoş olmayanda lazım gəlsə, endokrinoloqa yönəldilir”.

 

Müsahibimizin dediyinə görə, problemi tezliklə aradan qaldırmaq üçün azyaşlıya təyin edilən pəhriz rejiminə tam şəkildə əməl olunmalıdır. Bəzən valideynlər artıq çəki yaratdığını düşündükləri üçün uşağın qida rasionundan çörəyi və paxlalı bitkiləri çıxarırlar, bu isə yanlış addımdır: “Tərkibində B qrupu vitaminləri olduğu üçün çörəkdən imtina etmək olmaz. Əgər çörək rasiondan çıxarılırsa, həmin qrupa məxsus digər paxlalı bitkilər, qarabaşaq, bulqur və s. ilə əvəz edilməlidir”.

 

Pəhriz zamanı uşağın səhər yeməyinə xüsusi diqqət ayırmaq lazımdır: “İstər böyüklər, istərsə də uşaqlar arasında artıq çəki əmələ gəlməsinin səbəbi şəkərli və yüksək karbohidratlı qidaların menyuda üstünlük təşkil etməsidir. Yüksək karbohidratlar sırasına əsasən fast-fudlar daxildir. Səhər qidası orqanizmin enerji mənbəyidir və uşağın gündəlik qidasında mütləq 100-150 qaram meyvə, 150-200 qram tərəvəz olmalıdır. Artıq çəki uşaqda əsəb gərginliyi yaradır, bronxlarla əlaqədar xəstəliklərə səbəb də artıq çəki və piylənmədir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev