Hansı ürək əməliyyatlarını kiçik kəsik ilə həyata keçirmək olar?
25.11.2021 13:09
"Əməliyyat üçün ürəyə çatmağın bir çox yolu var. Biz ən təhlükəsiz və uğurlu əməliyyatı təmin etmək üçün həmişə ən kiçik kəsikdən istifadə etməyə çalışırıq".
Bu barədə məlumat verən ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bildirib ki, minimal invaziv cərrahiyyədə döş qəfəsini kəsməyə ehtiyac qalmadan qabırğalar arasından 3-5 sm-lik kəsik yolu ilə əksər ürək əməliyyatları uğurla icra olunmaqdadır.
Pasiyent üçün bir neçə faktora, o cümlədən ürək xəstəliyinin növünə və dərəcəsinə, yaşa, tibbi tarixçəyə və həyat tərzinə, əməliyyatdan əvvəl həyata keçirilən testlərin nəticələrinə görə ən yaxşı üsul barədə qərar verilir:
"Əgər pasiyent və sağlamlıq vəziyyəti uyğundursa, bütün ürək əməliyyatlarını kiçik kəsik ilə icra etmək mümkündür.
Daha öncə döş qəfəsi sümüyü kəsilərək əməliyyat olmuş xəstələrdə ikinci əməliyyata ehtiyac yaranarsa, qoltuqaltından girilərək edilən ürək əməliyyatı çox avantajlıdır.
Bütün ürək qapaq əməliyyatlarında, qapaq dəyişilməsi və ya təmiri əməliyyatlarında rutin olaraq bu metod istifadə olunur. 2 ya da 3 qapağa eyni anda müdaxilə etmək mümkündür. Öncədən Bypass və ya qapaq əməliyyatı olmuş xəstələrdə ikinci qapaq əməliyyatının qoltuqaltından edilməsi cərrahlara böyük üstünlüklər qazandırır".
Həkim qeyd edib ki, anadangəlmə ürək xəstəlikləri, ürək dəlikləri, ürək şişləri də bu metodla əməliyyat edilə bilər. Hazırda çox sayda damar Bypassları qoltuqaltından girilərək edilir. Mitral, aorta qapaq və trikuspidal qapaq cərrahiyyəsi olacaq xəstələrdə bu metod rahatlıqla tətbiq edilməkdədir.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

