Mütəxəssis: "Maska taxarkən ağız və burun boşluğu tam örtülməlidir"  
25.11.2021 09:36

İki ilə yaxındır ki, yeni növ koronavirus (COVID-19) xəstəliyi yayılmağa başlayandan həyatımızı tibbi maskasız təsəvvür etmək çətindir. Lakin təəssüf ki, hələ də maskadan istifadə qaydalarına düzgün əməl etməyənlər var.

 

Aztibb.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadənin dediyinə görə, birdəfəlik maskalar 2-3 saatdan bir dəyişilməlidir: “İlk növbədə, əlləri təmiz yumaq, bundan sonra maskanın kənarlarından tutub rəngli tərəfi çölə olmaq şərtilə taxmaq lazımdır. Burda xüsusi vacib məqam maskanın ağız və burun boşluğunu örtməsidir. Bəzən burunu kənarda qoyaraq maska taxılması halları ilə üzləşirik. Bu, qətiyyən düzgün deyil. Maska taxarkən ağız və burun boşluğunun tam örtülməsinə nəzarət edilməlidir. Maskanın hava ilə təmasda olan çöl səthinə toxunmaq olmaz, çünki həmin hissə ətraf mühitlə təmasda olduğundan çirklənmiş sahə hesab olunur. Maskanı çıxararkən mütləq iplərdən tutmaq, çıxarandan sonra zibil qutularına atmaq və əlləri yumaq lazımdır”.

 

Bəzən müxtəlif dizaynlı və formalı maskalardan istifadə edənlər də olur. Lakin Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, parça materialdan hazırlanan və ya aksesuar kimi taxılan maskalar yoluxucu xəstəliklərdən qorumur. Tibbi maskalardan bir neçə dəfə istifadə etmək də tövsiyə olunmur. COVID-19-dan qorunmaq üçün yeganə yol mütəmadi dəyişmək şərtilə tibbi maskalardan istifadə edilməsidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev