Dəmir defisitli qanazlığı varsa, NECƏ QİDALANMALI? 
25.11.2021 08:58

Qanazlığı, yəni anemiyanın müxtəlif mənşəli səbəbləri ola bilər. Anemiya orqanizmdə kifayət qədər qırmızı qan hüceyrələrinin yaranmaması və ya məhv olması nəticəsində meydana çıxır. Qan itkisi, xroniki xəstəliklər, düzgün qidalanmama, orqanizmdə dəmir və vitamin çatışmazlığı qanazlığının yaranmasına səbəb olan əsas faktorlardır.

 

Mütəxəssislər qanazlığına qarşı əsas profilaktik tədbirin düzgün qidalanma olduğunu bildirirlər. Onların dediyinə görə, gündəlik ümumi kalori qəbulunu nəzərə alaraq, 13-20 mq dəmir qəbul etmək olar. Lakin bədəndə onun yalnız 15-20 faizi sorulur.

 

Respublika Kliniki Uşaq Xəstəxanasının həkim-hematoloqu, tibb üzrə fəlsəfə doktoru Sevinc Əlifəttahzadə bu barədə danışıb:

 

“Ümumiyyətlə, qida məhsullarında dəmir iki formada mövcud olur: hem və qeyri-hem. Hem üzvi formada olur və 15-25 faizi orqanizm tərəfindən sorulur. Qırmızı ət, balıq və quş məhsullarında dəmirin hem formasına rast gəlinir. Qeyri-hem isə qeyri-üzvi formada olur və paxlalı bitkilər, taxıllar, eləcə də meyvələrdə rast gəlinir və onun 5-20 faizi sorulmaya məruz qalır.

 

Qida məhsullarında dəmirin miqdarı müxtəlifdir. Məsələn, 160 qram sarıkökdə 16,8 mq, 90 qram içalatda 5,2-9,9 qram, 30 qram qovrulmuş balqabaq toxumunda 3,9mq, yarım fincan bişmiş lobya və mərciməkdə 3,3 mq, bir fincan təzə və qaynadılmış ispanaqda 3,2 mq, yarım fincan bişmiş qırmızı lobyada 2,6 mq, yarım fincan bişmiş noxudda 2,4 mq, 90 qram yağsız mal ətində 3,2 mq, 3 ədəd Çili bibərində 3 mq, 90 qram siyənək balığında 2,5 mq, 90 qram quzu və ördək ətində 2,3 mq, 90 qram mal əti qiyməsində 2,2 mq dəmir var. Ət məhsullarında olan dəmir bitki mənşəli qidalara nisbətən orqanizmdə daha tez sorulur”.

 

Onun dediyinə görə, qara çay, qəhvə, kakao, nanə, bir sıra ədviyyat və bitki çaylarının tərkibində olan polifenol birləşmələri isə dəmirin orqanizmdə sorulmasını azaldır:

 

“Ona görə də çay və qəhvəni yeməkdən bir qədər sonra içmək lazımdır. Yumurta, qoz, badam, küncütün tərkibində olan kimyəvi birləşmələr də dəmirin orqanizmdə sorulmasını müəyyən dərəcədə azaldır. Dəmirin bədəndə daha yaxşı mənimsənilməsi üçün C vitamini ilə zəngin olan qidalar istehlak olunmalıdır. Ona görə də qanazlığına qarşı mübarizədə C vitamini əhəmiyyətli rol oynayır. İtburnu meyvəsi, qara qarağat, gül kələm, yaşıl bibər, göy soğan, cəfəri və ispanaq həmin vitaminin mənbəyi hesab olunur”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev