Türk alimləri koronavirus riskini hesablayan model hazırlayıblar
22.11.2021 17:13
Dünyada COVID-19 virusunun insanlara fərqli təsiri ilə bağlı araşdırmalar aparılmaqdadır.
Alimlər yaş, qan qrupu, xroniki xəstəlik və gen quruluşu kimi 4 fərqli məlumatı nəzərə alaraq, COVID-19 səbəbiylə ağır xəstələnmənin və ya xəstəliyin asemptomatik olacağını hesablayan model işləyiblər.
Aztibb.az www.medimagazin.com.tr-yə istinadən xəbər verir ki, Ankara Universitetinin alimlərinin apardıqları araşdırmanın nəticələri “Immunogenetics'” beynəlxalq elmi jurnalında dərc edilib.
Araşdırma reanimasiyaya ehtiyacı olan və COVID-19-dan sağ çıxan 130 xəstə və 440 sağlam insan üzərində aparılıb.
Virusun hər kəsə fərqli təsir etməsinin səbəbi kimi tədqiqat üçün yaş, qan qrupu, xroniki xəstəlik və genetik olaraq 4 fərqli parametr təyin edilib.
“Artıq xroniki xəstəliklərin xəstəliyin gedişatına necə təsir etdiyi məlumdur. Araşdırmamızın orijinal hissəsi immuniteti təyin edən genlərdən biri olan KIR genlərinin qanunauyğunluqları üzərindədir. Ətraf mühit faktorlarının təsiri ilə seçilərək bizə çatan bu genlərin immun sistemdə və orqanizmin xəstəliklərə reaksiyasında da mühüm faktor olduğunu kəşf etdik”, – deyə təqdiqat qrupu açıqlayıb.
Hazırlanan model COVID-19 ilə yoluxma halında xəstəliyin necə aradan qaldırılacağını əvvəlcədən hesablaya bilir.
Həmçinin bildirlib ki, hazırda dünyada mövcud qiymətləndirmə sistemləri infeksiya başladıqdan sonra baş verən proseslərə əsaslanır. Lakin yeni təqdiqat işinin üstünlüyü ondan ibarətdir ki, kimin daha çox müdafiə olunması lazım olduğu müəyyən edilir.
Patent qiymətləndirmə prosesində olan model təkcə COVID-19 üçün deyil, digər infeksiyalar üçün də faydalı hesab edilir.
Bu bölməyə aid digər xəbərlər
ÜST: Afrikada aşkar edilən virus COVID-19-la rəqabət apara bilər
20.02.2023 | 10:22
Bəzi xəstəliklər müalicə olunmadan öz-özünə keçir - Praktiki yanaşma
31.01.2023 | 12:16
Qripdən ölümün əsas səbəbləri – Terapevt AÇIQLADI
30.01.2023 | 09:32
Bu infeksiyalar uşaqlarda davamlı qripin səbəbidir!
15.01.2023 | 11:33
“Sputnik V” uzunmüddətli qorunmanı təmin edir - Araşdırma
12.01.2023 | 21:09
Səsin dəyişməsi və boğulma B qripinin simptomlarıdır
08.01.2023 | 12:16
Virus daim dəyişir: Ağciyər toxumasına nüfuz etmək qabiliyyətini itirib
02.02.2022 | 14:45
Bu məşqlər qaçışı əvəz edə bilər: Reabilitoloqdan gözlənilməz məsləhət
02.02.2022 | 11:55
Omikron bədəndən 5-7 günə təmizlənir
02.02.2022 | 11:20
COVID-19 peyvəndi həblə əvəz ediləcək: İynədən qorxanlar üçün fürsət
01.02.2022 | 16:50
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

