Həkim-terapevt: "Qida əlavələri həkim nəzarəti altında təyin edilməlidir"
20.11.2021 17:38

Havaların qeyri-sabit keçməsi immun sisteminə də mənfi təsir göstərir. Buna görə də orqanizm müxtəlif xəstəlik və viruslarla mübarizə aparır. Əlbəttə, immunitetin güclənməsində ən vacib faktor düzgün qidalanmaqdır. Lakin bəzi hallarda lazımı mineral və vitaminlər üçün qida əlavələrinə müraciət edilir.

 

Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva belə deyib: “Qida əlavələrinin əsas funksiyası qida rasionunu qidalandırıcı komponentlərlə - vitamin, mineral, amin turşuları və s. ilə zənginləşdirməkdir. Onun qidadan fərqli cəhətləri var. Qida əlavələrinin gündəlik qəbul etmə dozası var, yaş həddi ilə əlaqədar məhdudiyyət və qaydalar var”.

 

Kapsul, tablet, toz, sirop və digər formada hazırlanan həmin məhsulları dərman preparatları ilə eyniləşdirmək olmaz. Həmin əlavələr bioloji fəallığa malikdir və xəstəliyin müalicəsi və profilaktikası məqsədilə istifadə edilir.

 

Müsahibimiz onu da bildirib ki, qida əlavələri həkim nəzarəti altında təyin edilməlidir, çünki onların normadan artıq qəbulu başqa xəstəliklərin yan təsirlərini artıra bilər. Orqanizmdə yatmış şişönü xəstəliklər var ki, bioloji aktiv əlavələrin qəbul edilməsi onların inkişafını sürətləndirir”.

 

Reseptsiz satıldığına görə istehlakçılara diqqətli olmaq məsləhət görülür. Ən əsası gündəlik qəbul zamanı doza həddini aşmaq olmaz.

 

“Qida əlavəsinin çox və ya az qəbul edilməsi ilə onun səmərəsini görmək olmaz. Yalnız etiketi üzərində göstərilən miqdarda qəbul edilməlidir. Eyni zamanda qida əlavələri yalnız zəruri hallarda alternativ bir vasitə kimi istifadə edilməlidir”,- deyə həkim-terapevt vurğulayıb.

 

Bioloji qida əlavələri bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların formaseptik formalarından hazırlanır. Lakin heç də həmişə təhlükəsiz və sağlam qidalanmanın tələblərinə cavab vermir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev