Parkinson terapiyasına dair yeni yanaşma: beyin hüceyrələri yenilənəcək
02.09.2020 12:12

ABŞ-ın San Dieqo şəhərinin bioloqları bəzi neyro xəstəliklərinin müalicəsində müəyyən beyin bölgələrində ölən sinir hüceyrələrini yenidən əmələ gələn neyronlarla əvəz ediblər.

 

Aztibb.az wienerzeitung.at-a istinadla xəbər verir ki, alimlər Parkinson xəstəliyinin simptomlarını azaltmaq üçün heyvanlar üzərində aparılan təcrübələrdə buna nail olublar. Dopamin istehsal edən neyronlara yenidən proqramlaşdırılmış astrositlər vasitəsilə siçanlarda xəstəlik üçün tipik olan hərəkət pozğunluğu aradan qaldırılıb.

 

“Sadə bir üsulla bu qədər neyron istehsal edə bildiyimizə çox təəccübləndik”, - deyə bioloq Xiong Dong Fue bildirib.

 

Əvvəllər digər tədqiqatçıların kök hüceyrələrindən neyronlar yaratmaq və zədələnmiş beyin toxumalarını bərpa etmək üçün cəhdləri nəticə verməyib. X.D. Fue və həmkarları təsadüfən birləşdirici toxuma hüceyrələrinin müəyyən bir gen söndürüldükdə sinir hüceyrələrinə çevrildiyini kəşf ediblər. Bu gen RNT molekullarına yapışan və bununla da genləri aktivləşdirə və ya təsirsiz hala gətirə bilən PTB zülalının istehsalı üçün məlumat daşıyır.

 

Parkinson xəstələri üçün xarakterik olan yavaş hərəkətlər, titrəmələr və qeyri-sabit yeriş kimi hərəkət pozğunluqlarına dopamin çatışmazlığı səbəb olur. Əvvəlcə tədqiqatçılar siçanlardan və insanlardan astrosit yetişdirdikləri hüceyrələrdən başlayıblar. Genetik cəhətdən dəyişdirilmiş viruslar əlavə edərək, DNA molekullarını hüceyrələrə köçürüblər, daha sonra PTB genini bloklayan RNT molekulları yaradıblar. Bu isə neyronlara xas olan bir neçə inaktiv astrosit genlərini aktivləşdirib, yaradılan neyronlar meydana gətirib və orta beyində dopamini normal səviyyəyə qaldırıb. Bununla da heyvanlarda hərəkət pozğunluğu üç ay müddətində aradan qaldırılaraq bərpa olunub. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır