Tromblaşma riski olan xəstələrin COVID-19 əleyhinə vaksin vurdurması tövsiyə edilir
17.11.2021 09:31

Gənc və orta yaşlı nəslin nümayəndələri arasında baş verən qəfil ölümlərin bir sıra səbəbləri var. Son illər daha çox müşahidə edilən qəfləti ölümlərin səbəbləri əsasən tromboemboliyalardır. Tromboemboliya bir çox hallarda infeksion xəstəliklərə yoluxduqdan sonra baş verir. Həmçinin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə yoluxma zamanı da risk qrupuna daxil olan vətəndaşlarda tromboemboliya yarana bilər. Yeri gəlmişkən, məhz bu cür problemlər nəzərə alınaraq, xüsusilə risk daşıyanların koronavirus əleyhinə vaksin olunması tövsiyə edilir.

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-reanimatoloq Gündüz Qasımov məlumat verib.
Həkim-mütəxəssis bildirib ki, tromblar bir müddət, hətta aylar, illər əvvəl damarlarda formalaşır və hansısa arteriyada toplanır: “Tromb varikoz genəlmə, anevrizma və yaxud da hansısa cərrahi əməliyyatdan sonra da yarana bilər. Tromboemboliyanın yaranma səbəblərindən biri isə qanın qatılaşmasının pozulmasıdır. Gənclərdə zərərli vərdişlər, uzun müddət siqaret və spirtli içki qəbul etmək, bir sıra narkotik maddələr qanı qatılaşdırır. Nəticədə tromb yaranır. Yəni, tromb xeyli əvvəldən yaranmış olsa da, anidən qopur və ciddi problemlər yaradır”.

 

G.Qasımov, həmçinin qeyd edib ki, gizli keçən ağır infeksiyalar da qanda laxtalanmanı pozur və septiki şok yaradır: “Qəfləti ölümlərin təxminən 90 faizi tromboemboliyalardır. Ona görə də gənclər qanın qatılaşması və damarların vəziyyətini mütəmadi yoxlatmalı, zərərli vərdişlərdən uzaq durmalıdırlar. Belə olan halda, qəfil yaranan emboliya riskini azaltmaq mümkündür. Həmçinin peyvəndləmə aparılan bütün növ infeksiyalara qarşı vaksin vurdurmaq tövsiyə edilir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev