Koronavirusun yeni ştamlarına dair anticisim testi yaradılıb  
15.11.2021 16:21

Koronavirusun bütün yeni ştamları ilə bağlı anticisim miqdarını müəyyənləşdirmək üçün test hazırlanıb.

 

Aztibb.az TASS-a istinadən xəbər verir ki, yeni test barmaqdan götürülən bir damcı qana əsasən 10 dəqiqə ərzində aparılır və cavab verilir.

 

ABŞ və Sinqapur tədqiqatçıları tərəfindən hazırlanmış yeni test koronavirusun üst qatındakı zülalların parçaları olduğu məhlula hopdurulmuş kağız zolağının test edilən şəxsin qanı ilə islanmasıdır. Həmçinin koronavirusun hüceyrənin membranına sızmasında əsas rola malik ACE2 zülalı daxil olan işıldayan maddədən də istifadə olunur.

 

Test edilən qanda anticisimlər olduğu halda ACE2 zülalı koronavirusun üst qatı ilə birləşməyəcək. Nəticədə kağız üzərində daha az rəngli maddə çökəcək və bununla da qandakı anticisimlərin miqdarına dair dürüst qənaətə gəlmək mümkündür.

ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 “Həkimlərimizi tanıyaq!” rubrikası regionlarda çalışan tibb işçilərini tanıtmaqda davam edir!
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
 Ağdaşın Ağzıbir və Qaradağlı kəndlərində aksiya: Vətəndaşlara 105 tibbi xidmət göstərilib   
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır