Almaniyada fəaliyyət göstərən daxili xəstəliklər və təcili tibbi yardım mütəxəssisi - Elvin Hüseynov
15.11.2021 14:37

Bu gün ölkə hüdudlarından kənarda, dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu xəstəxanaları və tibb müəssisələrində onlarla həmyerlimiz çalışır. Onlar xarici ölkələrdə Azərbaycanı təmsil etməklə yanaşı, həm də uğurlu həkimlik fəaliyyəti ilə seçilirlər. 

 

Aztibb.az xəbər verir ki, belə həkimlərdən biri də daxili xəstəliklər və təcili tibbi yardım mütəxəssisi olan Elvin Hüseynovdur.

 

E.Hüseynov Almaniyanın Köln şəhərindəki Augustireninnen xəstəxanasının Ağciyər xəstəlikləri, Allerqologiya, süni tənəffüs və yuxu təbabəti klinikasının şöbə müdiri, aparıcı mütəxəssis həkimidir. 

 

O, Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakultəsini bitirib, sonra Köln Universitetinin Tibb fakultəsində təhsilini davam etdirib.  “İşemik insultlarda mexaniki trombektamiya: çıxarıcı stentlərin uzunluğunun reperfuziyaya və klinik nəticəyə təsiri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

 

"Endokrinoloji təcili situasiyalar" və "Maye və elektrolit pozuntuları" mövzusunda elmi məqalələrin müəllifi, Nordrhein həkimlər birliyinin üzvüdür.


Almaniya ağciyər xəstəlikləri cəmiyyətinin iyun ayında keçirilmiş illik konqresində çıxış edib.


2009-cu ildən Almaniyada yaşayan E.Hüseynov Almaniyadakı Azərbaycan icmasının fəal üzvlərindəndir.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində