Böyük Britaniyanın Kral Kollecinin üzvü olan ilk azərbaycanlı - Mama-ginekoloq Fidan İsrafil-Bəyli
18.08.2022 14:39
Xəbər verdiyimiz kimi, Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, t.ü.f.d., Sədi Allahverdiyev Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalında təcrübə mübadiləsində iştirak edir. Sədi Allahverdiyevin bu təcrübə proqramında iştirakı Böyük Britaniyanın Mama-ginekoloqlar Kral Kollecinin üzvü, Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalının məsləhətçi mama-ginekoloqu Dr.Fidan İsrafil-Bəylilinin təşkilatı dəstəyi ilə mümkün olmuşdur.
Aztibb.az xəbər verir ki, həmyerlimiz Fidan İsrafil-Bəylinin fəaliyyəti, Böyük Britaniyada qazandığı uğurları barədə məlumatı Sizə təqdim edirik:
F. İsrafil-Bəyli Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalında məsləhətçi mama-ginekoloq olaraq fəaliyyət göstərir. Bu xəstəxana Böyük Britaniyada qadın və uşaqlara xidmət göstərən ən böyük iki tibb müəssisələrindən biridir. İl ərzində bu Hospitalda 50 mindən artıq xəstəyə tibbi yardım göstərilir və 9500-ə qədər hamilə qadın doğuş üçün müraciət edir.
O, 1999-cu ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra mama-ginekoloqu ixtisası üzrə internatura təhsili alıb. 2003-cü ildə Böyük Britaniyada bir sıra dil və tibb imtahanlarını müvəffəqiyyətlə verərək diplomunu təsdiq edib. Bundan sonra o, müxtəlif klinikalarda mama-ginekoloq vəzifəsində çalışıb. Bununla yanaşı, Dr.Fidan İsrafil-Bəyli Azərbaycanda başladığı elmi işi davam etdirmiş və geri dönərək namizədlik dissertasiyasını müdafiə etmiş, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanmışdır.
Məsləhətçı mama-ginekoloq səviyyəsinə çatmaq üçün Böyük-Britaniyanın müxtəlif klinikalarında 7 il ərzində mama-ginekoloq olaraq çalışmış və biliklərini təkmilləşdirmişdir. Bu illər ərzində Dr.Fidan İsrafil-Bəyli mütəmadi çətin sınaqlardan keçərək Böyük Britaniya mama-ginekoloqlarının ən nüfuzlu titullarından olan - Böyük Britaniyanın Kral Kollecinin üzvü olan ilk azərbaycanlı olmuşdur.
Dr.Fidan İsrafil-Bəyli mama-ginekologiya sahəsinin müxtəlif istiqamətləri üzrə tərcrübə toplamış və daha çox yüksək riskli hamiləliklərin təqibi, uroginekologiya və ambulator ginekologiya üzrə isxtisaslaşmışdır. Elmi fəaliyyətlə də məşqul olan Fidan xanım dünyanın müxtəlif yüksək nüfuzlu elmi jurnallarında dərc edilmiş 26 elmi məqalənin müəllifidir. Mötəbər tibbi dərsliklərdə 6 fəslin həmmüəllifidir.
2018-ci ildə "Erkən doğum riski olan hamilələrdə servikal tikiş" mövzusunda dissertasiya işini müdafiə edərək ölkənin əsas tibb mərkəzlərindən olan Birmingem Universitetində doktorluq ali dərəcəsini almışdır. Bu il isə erkən doğum riskinin qarşısının alınması istiqamətində aparılan tədqiqatların davam etdirilməsi üçün 1,2 milyon funt sterlinqlik qrant qazanmışdır.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanlı həkim Almaniyada klinika açıb
19.05.2023 | 07:53
Azərbaycanlı həkim Almaniyada uroloq-həkim mütəxəssis adını qazanıb
27.12.2022 | 16:23
Xaricdə fəaliyyət göstərən peşəkar həkimlərimizi tanıyaq! - İxtisaslaşmış nevroloq Samir Həşimov
26.12.2022 | 12:32
Azərbaycanlı alimin tədqiqat işi nüfuzlu "Radiology" jurnalında çapa qəbul olunub
15.12.2022 | 16:36
Almaniyada stomatoloji klinika təsis edən azərbaycanlı həkim - NİGAR MUSAYEVA
11.12.2022 | 23:30
Azərbaycanlı həkim Türkiyə Elmlər Akademiyasının fəxri üzvü seçilib
30.11.2022 | 11:11
İngiltərədə fəaliyyət göstərən tanınmış azərbaycanlı uşaq cərrahı - İLHAMƏ CƏFƏRLİ
01.09.2022 | 11:27
Böyük Britaniyanın Kral Kollecinin üzvü olan ilk azərbaycanlı - Mama-ginekoloq Fidan İsrafil-Bəyli
18.08.2022 | 14:39
Azərbaycanlı həkim Almaniyada nevroloq statusunu alıb
05.02.2022 | 07:31
BƏƏ-də fəaliyyət göstərən azərbaycanlı həkim tələbələrə təlim keçib
15.12.2021 | 12:02
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

