Azərbaycanlı alimin tədqiqat işi nüfuzlu "Radiology" jurnalında çapa qəbul olunub
15.12.2022 16:36

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayevin universitet üzrə baş koordinatoru olduğu daha bir elmi tədqiqat işi dünyanın ən aparıcı elmi jurnallarından hesab olunan "Radiology"də (impakt faktor 29.146) çapa qəbul edilib.

 

Aztibb.az xəbər verir ki, bu barədə Nuran Abdullayev sosial şəbəkədə məlumat verib.

 

"Trombektomiyaya qarşı təcrid olunmuş ön serebral arteriya insultunun tibbi müalicəsi: beynəlxalq çoxmərkəzli reyestr araşdırması" adlı tədqiqatımız dünyada ilk dəfə elmi baxımdan sübut edir ki, bizim işemik insult xəstələrində ilk saatlarda icra etdiyimiz əməliyyatlar nəinki beynin böyük damarlarında, eləcə də çox kiçik distal damarlarında da effektlidir", - deyə N.Abdullayev bildirib.

 

Həkim qeyd edib ki, əməliyyatla əldə edilən bu önəmli müsbət nəticə bu günə qədər təkcə dərmanla müalicə olunan bu tip xəstələrdə alınan nəticədən dəfələrlə yüksəkdir.

 

"Elmi tədqiqatımızı Avropanın, Amerika və Asiyanın tanınmış elm adamları - neyroradioloqları ilə birgə aparmışıq. Mübaliğəsiz deyə bilərəm ki, tərəfimdən göstərilən bu cür fəal və peşəkar elmi fəaliyyət institumuzun tarixində bir ilkdir. Bu tədqiqat nəticəsində işemik insult xəstələrinin dünyada müalicəsi üçün qəbul edilən qızıl standartlarına dəyişiklik ediləcək", - deyə N.Abdullayev qeyd edib. 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Oromandibulyar distoniya nədir?
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib   
Gəncədə