"Yaranın meydana çıxma səbəbini araşdırmadan "maz" sürtmək olmaz" - Həkim xəbərdarlığı
01.09.2020 18:00

"İnsan orqanizminin hər bir hissəsi özünə xas bioloji komponentlərdən ibarətdir. Bədənimiz zədənin növünə görə fərqli reaksiya verir, lakin ən çox görülən reaksiyalardan biri də qaysaqdır. Qaysaq prosesi isə zədələnmədən dərhal sonra qanaxma ilə başlayır".

 

Aztibb.az xəbər verir ki, bunu fleboloq-cərrah İsmayıl Əsgərov yaralar və onların sağalma prosesindən danışarkən deyib.

 

Onun sözlərinə görə, qabıq mikroblardan qorunmaq üçün bədənin təbii müdafiəsidir. 

 

"Xüsusi qan hüceyrələri, trombositlər dəridə "açılış" olan anda hərəkət edir. Trombositlər bir yerə toplaşaraq, yara üçün sanki qoruyucu geyim formalaşdırır. Bu geyim yarada bioloji sarğı əmələ gətirir və qanaxmanı dayandırır. Qoruyucu bandaj zamanla quruyur, sərtləşir və qabığa çevrilir. Qabıq bağlama, sağalmağa doğru gedən yola işarədir. Amma əslində qabıq, mikroblardan qorunmaq üçün bədənin təbii müdafiəsidir. Yəni onların əsas vəzifəsi yaranı sağaltmaq deyil. Qabıq quruyur, ölü hüceyrələrə maneə yaradır və sağalma prosesini ləngidir. Bəzən qabığın alt hissəsindən toxumaların dərininə doğru gedən irinləmə başlayır".

 

O, bildirib ki, trofiki xoranın meydana çıxma səbəbini araşdırmadan yaraya "mazlar" sürtmək olmaz.

 

"Görüntü olaraq bütün yaralar oxşar olsa da, hər yara hər bədəndə fərqlidir. Xüsusən kəskin deyil də, xroniki yaralarda bu fərqliliklər açıq-aydın müşahidə olunur. Xroniki yara, başqa sözlə trofiki xora müşahidə etdikdə onun meydana çıxma səbəbini araşdırmadan lazımsız "mazlar" yaraya sürtmıyin.

 

"Ən çox əziyyət çəkdiyimiz autoimmun-revmatik mənşəli yaralardır. O cümlədən, kompensasiya olunmayan orqan xəstəlikləri, məsələn ağir dərəcədə ürək çatışmazlığı, qaraciyər çatışmazlığı kimi hallarda da yaraların sağalmasına ciddi maneəçilik əmələ gəlir. Yara bir quru qərtmək deyil, o qara nöqtə vahid orqanizmin ifadəsidir, - deyə, həkim vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama