Kollektiv immuniteti qorumaq üçün İmmunizasiya həftəsinə qoşulmaq vacibdir - Səhiyyə Nazirliyi
21.04.2026 14:12

İmmunizasiya həftəsinin əsas məqsədi cəmiyyətin bütün yaş qrupları arasında peyvəndləmənin əhəmiyyəti barədə məlumatlılığı artırmaq və insanları yoluxucu xəstəliklərdən qorumaq üçün vaxtında vaksinasiya olunmağa təşviq etməkdir.

 

Aztibb.az Trend-ə istinadla xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika bölməsinin epidemioloqu Əlcəfər Cəfərov açıqlayıb.

 

Onun sözlərinə görə, hər il bu mövzuya xüsusi diqqət ayrılmasının səbəbi, kollektiv immuniteti qoruyub saxlamaqla kütləvi epidemiya risklərinin qarşısını almaq və qarşısı alına bilən xəstəliklər səbəbindən yaranan fəsadları minimuma endirməkdir:

 

“Bu kampaniya həm də valideynlərin vaksinlərə olan etibarını gücləndirməyə və peyvənd təqvimindən kənarda qalan uşaqları yenidən prosesə cəlb etməyə xidmət edir. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkəyə daxil olan hər bir peyvəndin Ümumdünya Səhiyyə Təşkilatının prekvalifikasiyasına və beynəlxalq təhlükəsizlik sertifikatlarına uyğunluğuna ciddi nəzarət edir. Vaksinlərin istehsalçıdan tibb məntəqəsinə qədər olan yolunda temperatur rejiminin (+2°C-dən +8°C-dək) qorunması müasir “soyuq zəncir” sistemləri və mütəmadi aparılan monitorinqlər vasitəsilə təmin edilir”.

 

Ə.Cəfərov bildirib ki, bu prosesin qüsursuz işləməsi üçün cavabdeh personal mütəmadi olaraq ixtisaslaşdırılmış təlimlərə cəlb olunur və onların maarifləndirilməsi istiqamətində davamlı işlər aparılır:

“Tibb müəssisələrindəki saxlanma şəraiti Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin ərazi mütəxəssisləri tərəfindən mütəmadi monitorinq olunur. Hər bir flakonun yararlılığına isə üzərindəki xüsusi indikatorlar (FTİ) vasitəsilə fərdi qaydada nəzarət edilir. Belə kompleks nəzarət mexanizmi sayəsində vətəndaşlarımızın yalnız yüksək keyfiyyətli və tam təhlükəsiz preparatlarla təmin olunması tam təmin edilir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır