Boyun ağrılarından necə xilas olaq?
13.06.2024 10:17
Boyun ağrıları son zamanlar həyatımızın əsas problemlərindən birinə çevrilib. İstər uşaqlarda, istərsə də böyüklərdə aktual məsələlərdən biridir.
Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 14 nömrəli Şəhər Poliklinikasının həkim-nevroloqu Təranə Həşimova Aztibb.az-a bildirib ki, boyun ağrıları müxtəlif səbəblərdən yarana bilər. Onurğanın degenerativ xəstəlikləri, travmalar, fəqərələrdə deformasiyaların olması bu kimi ağrıların yaranmasına səbəb ola bilər:
“Bəzən boyun ağrıları həm boyun, həm də çiyin nahiyəsində olan nevralgiyalarla müşayiət olunur. Belə ki, boyun-çiyin nevralogiyası, əsasən, boyun-bazu kələfi sinirlərinin tez-tez rast gəlinən nevrolgik formasıdır. Əsasən bu kimi ağrılar boyun-çiyin ətrafında, kürək üstündə, qolda və hətta əl barmaqlarınadək yayılan kəskin xarakterli ola bilər və xəstənin demək olar ki, əmək qabiliyyətini məhdudlaşdırır”.
Onun sözlərinə görə, ağrılar adətən gecələr daha çox şiddətlənir, kəsici və göynədici xarakterli olur. Xəstə yatarkən qolunun, boynunun və hətta başının vəziyyətini dəyişməsi boyunda olan ağrıların kəskinləşməsinə yol aça bilər.
Nevroloq qeyd edib ki, boyun fəqərələrinin osteoxondrozu, şişləri, epidural abseslər, çiyin-kürək periartriti, bazu oynağının çıxığı, sınığı, müxtəlif revmatik xəstəliklər, skleroz kimi müxtəlif xəstəliklərdən də onurğa boyunca və boyun nahiyəsində ağrı ola bilər.
T.Həşimova boyun ağrılarının müayinə və müalicə üsullarına da toxunub. Bildirib ki, bütün bu simptomları nəzərə alaraq, xəstəni hərtərəfli müayinə etmək lazımdır. Xüsusən, rentgen, kompüter tomoqrafiyası, əgər lazım olarsa, maqnit rezonans tomoqrafiyasından da istifadə etməklə diaqnozun qoyulması mümkündür. Eyni zamanda, qanın ümümi analizi, revmatik sınaqlar kimi yanaşı müayinələr də edilir. Müayinə müddəti bitib artıq diaqnoz qoyulduqdan sonra müalicəyə başlanılır. Müalicə həm konservativ, həm də operativ ola bilər. Müalicə isə hər diaqnoza uyğun müxtəlif formada aparıla bilər. Əgər ağrıların səbəbi fəqərələrarası yırtıq, törəmələrin olması və ya travmalar nəticəsində sınıq olarsa, artıq ixtisaslı həkimə yönləndirilib müalicəsini davam etdirmək lazımdır.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50

