Endokrinoloq: "Şəkərli diabet xəstələrinin sayı Azərbaycanda kifayət qədərdir"
03.06.2024 14:16
Qəbələ Rayon Mərkəzi Xəstəxanasının həkim-endokrinoloqu Gülbəniz Salehova Aztibb.az-a şəkərli diabet xəstəliyi haqqında məlumat verib.
 
Həkim bildirib ki, şəkərli diabet xəstələrinin sayı Azərbaycanda kifayət qədərdir. Bu xəstəliyin artması və səbəbləri haqqında dəqiq məlumat vermək çətindir .Lakin onun qarşısının alınması və müalicəsi qismən mümkündür.
Diabet, mədəaltı vəzi kifayət qədər insulin istehsal etmədikdə və ya bədən istehsal etdiyi insulindən effektiv şəkildə istifadə edə bilmədiyi zaman baş verən xroniki bir xəstəlikdir. İnsulin qanda qlükoza səviyyəsini tənzimləyən bir hormondur.
 
Onun sözlərinə görə, görmə pozğunluqları, səbəbsiz kilo itkisi və ya çəki artımı, yorğunluq və enerji mübadiləsində dəyişikliklər diabetin digər əlamətləridir. Şpris, insulin pompası və ya insulin qələmindən istifadə edərək insulin inyeksiyası tip 1 diabetin əsas müalicəsidir. Tip 2 diabet idman, həyat tərzi dəyişiklikləri, pəhriz, antihiperglisemik (şəkər azaldıcı) dərmanlar və insulin əlavələri ilə idarə olunur. Diabetin normaldan çox yemə və doymama hissi, tez-tez sidiyə çıxmaq, ağızda quruluq və buna bağlı olaraq həddindən artıq su içmə istəyi kimi əlamətləridə vardır.
 
Gülbəniz Salehova qeyd edib ki, bu xəstəlik xroniki bir vəziyyətdir və sağlamlığınızı qorumaq üçün yaxşı bir həkim nəzarəti vacibdir. Şəkərli diabetin təsirlərini minimuma endirmək üçün həkiminizin tövsiyələrinə əməl etmək və mütəmadi olaraq müayinələrdən keçməlisiniz.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama