Bakıda ürəyi dayanan xəstəni həkimlər xəstəxananın həyətində həyata qaytarıb
20.04.2026 20:33

Aprelin 19-da ictimai nəqliyyatda vəziyyəti qəfil pisləşən 1964-cü il təvəllüdlü şəxs (kişi) ətrafındakı insanların köməyi ilə Mərkəzi Neftçilər Xəstəxanasının həyətinə çatdırılıb. Saat 19:50 radələrində hadisədən xəbər tutan həkim heyəti dərhal xəstəxananın həyətindəcə ilkin tibbi müdaxiləyə başlayıb.

 

TƏBİB-dən Aztibb.az-a verilən məlumata görə, təcili olaraq kardiopulmonar reanimasiya (CPR) – ürəyin qapalı masajı həyata keçirilib və vətəndaş həyata qaytarılıb. Daha sonra o, xəstəxananın qəbul şöbəsinə yerləşdirilib və zəruri tibbi xidmətlərin icrasına başlanılıb.

 

Xroniki ürək çatışmazlığı, ürək ritm pozğunluğu (aritmiya), ağciyər-ürək çatışmazlığı və ürək dayanmasından sonrakı vəziyyət diaqnozları təyin olunan şəxsin həyatı vaxtında göstərilən uğurlu tibbi müdaxilə nəticəsində xilas edilib.

 

Həkimlərin vətəndaşın həyatını xilas edərkən göstərdiyi mübarizə xəstəxanada müalicə alan pasiyentlərdən biri tərəfindən çəkilib və sosial şəbəkələrdə yayılıb.

 

Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində davam edir, vəziyyəti ağır qiymətləndirilir.

 

Şəxsin yaxınları tərəfindən xəstəxanaya müraciət olunmadığı bildirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır