Qızardılmış kartofun ZƏRƏRLƏRİ
05.11.2021 13:09

Həkimlərin əksəriyyəti ən ziyanlı qidaların siyahısına fikirləşmədən qızardılmış kartofu daxil edirlər.

 

Bunun bir neçə səbəbi var. Əslində kartof faydalı, hətta müalicəvi tərəvəzdir. Lakin qızardılma zamanı onun faydalı xüsusiyyətləri itir, ziyanı isə olduqca artır.

 

Aztibb.az qızardılmış kartofun orqanizmə zərərli xüsusiyyətlərini təqdim edir:

 

- Qızardılmış kartofun qlikemik indeksi çox yüksəkdir. Bu indeks təxminən 95 təşkil edir (100 - ən yüksək indeksdir). Belə qidaların qəbulu qanda şəkərin sürətlə qalxmasına və sürətlə də düşməsinə səbəb olur. Şəkər qanda sürətlə düşəndə insan güclü aclıq hiss edir və onun iştahası artır. Yüksək qlikemik indeksi olan qidalar piylənməyə səbəb olur.

- Qızardılma zamanı yağdan istifadə olunur. Yağın yanması nəticəsində "polifenol" maddələri ifraz olunur. Bu maddələr istənilən yağın (bitki yağı, kərə yağı, piy) yanması zamanı əmələ gəlir. Polifenol güclü kanserogen (xərçəng əmələ gətirən) təsirə malikdir.

- Digər qızardılmış qidalar kimi, qızardılmış kartof həzm sisteminə çox mənfi təsir edir - həzm prosesləri çətinləşdirir, mədənin selikli qişasını qıcıqlandırır və s. Məhz bu səbəbdən mədə-bağırsaq sistemi pozulmaları olan insanlar üçün qızardılmış qidaların qəbulu əks-göstərişdir. Lakin tam sağlam insanlara da belə qidalar yalnız ziyan vura bilər.

- Bütün qızardılmış qidalar susuzluğun artmasına səbəb olur. Belə qidalardan sonra insan çoxlu miqdarda su içir. Bu xüsusilə axşam saatlarında yolverilməzdir ki, bunun nəticəsində insanın böyrəkləri həddən artıq yüklənir. Bu isə, öz növbəsində arterial təzyiqin qalxmasına, ödemlərə səbəb ola bilər.

 

Beləliklə, hamının sevimlisi olan qızardılmış kartof əslində çox ziyanlı qidadır. Nəzərinizə çatdıraq ki, fast-fud kafelərdə və restoranlarda yediyimiz və ya evdə bişirdiyimiz qızardılmış kartof orqanizm üçün eyni dərəcədə ziyanlıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev