“Ortopedik stomatologiya. İmplantüstü protezlər” kitabı işıq üzü görüb - FOTO
31.10.2021 16:33

ATU-nun Ortopedik stomatologiya kafedrasının müdiri, professor Nazim Pənahov və kafedranın assistenti Rüfət Hüseynlinin müəllifliyi ilə işıq üzü görən “Ortopedik stomatologiya. İmplantüstü protezlər” kitabının təqdimatı olub.


Təqdimat mərasimini açan professor N.Pənahov həmişə ilklərə imza atmağa çalışdıqlarını deyib. Bildirib ki, 2017-ci ildə Ortopedik stomatologiya kafedrasının müdiri seçiləndən sonra ilk verdiyi söz proqramın dəyişdirilməsi və yeni proqram əsasında kafedranı yeni kitabla təchiz etməklə bağlı idi: “Artıq sayca 7-ci, məzmunca 3-cü kitabımızı sizə təqdim edirik. Bundan əvvəl Azərbaycan dilində “Ortopedik stomatologiya. Dişlərin morfologiyası və oyma texnikası”, “Ortopedik stomatologiya. Propedevtika” və digər kitablarımız çıxıb. Sonra həmin kitabların ingilis və rus versiyaları hazırlanıb. Beləliklə, kitabların sayını 6-ya çatdırdıq. İndi isə növbəti kitabımızın – “Ortopedik stomatologiya. İmplantüstü protezlər” kitabının təqdimatına yığışmışıq. Kitab Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış bütün tibb işçilərinin əziz xatirəsinə ithaf olunub. 


Sonra təqdim olunan videoçarxda Şuşanın azad olunması haqqında Ali Baş Komandan İlham Əliyevin çıxışı və ecazkar Azərbaycan musiqisinin sədaları altında şəhid tibb işçilərinin foto-şəkilləri nümayiş etdirilib, şəhidlərimizin xatirəsi ehtiramla anılıb. N.Pənahov bildirib ki, şəhid olan 42 tibb işçisinin 9-u həkim, onların 3-ü isə stomatoloq idi – Mirlətif Ağayev, Taryel Salmanov və Yunis Hacılı.


Daha sonra kitabın fəsilləri, bölümləri haqqında ətraflı məlumat verən N.Pənahov dərsliyin hazırlanmasında əsərlərindən, bilik və zəngin təcrübələrindən bəhrələndikləri yerli və xarici həmkarlarına minnətdarlıqlarını bildirib. Yeni dərsliyin tələbələr, rezidentlər, həmçinin dental implantologiya ilə məşğul olmaq arzusunda olan gənc həkim-stomatoloqlar üçün masaüstü kitaba çevriləcəyinə əminliyini ifadə edib.


Xatırladaq ki, ATU-nun Böyük Elmi Şurasının qərarı ilə dərslik kimi təsdiq edilən kitabın rəyçiləri ATU-nun Uşaq stomatologiyası kafedrasının müdiri, Azərbaycan Stomatoloji Assosiasiyasının prezidenti, professor Rəna Əliyeva, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Oqtay Seyidbəyov, elmi redaktoru isə ATU-nun Ortopedik stomatologiya kafedrasının professoru Zöhrab Qarayevdir.


Müəlliflər haqqında məlumatla başlayan dərslik, əvvəlki 6 kitaba bənzər hazırlanıb. Ön sözdən və 15 fəsildən ibarətdir.

 

ATU-nun Ortopedik stomatologiya kafedrasının professoru Zöhrab Qarayev, Stomatoloji Klinikasının direktoru Mahir Səfərov, Azərbaycan İmplantoloqlar İctimai Birliyinin sədri Cabbar Həsənov və başqaları da təqdimat mərasimində çıxış edərək, müəlliflərin əməyini yüksək qiymətləndiriblər. Bu dərsliyin ortopedik stomatologiyanın müvafiq bölmələrinin öyrənilməsində gərəkli bir mənbə olacağı vurğulanıb.

 

Kitabın ikinci müəllifi, Ortopedik stomatologiya kafedrasının assistenti Rüfət Hüseynli dərsliyi hazırlayarkən apardıqları araşdırmalarla bağlı fikirlərini iştirakçılara çatdırıb. Bu kitabda bəzi ifadələri öz dilimizə çevirdiklərini, amma yeniliklərə, beynəlxalq terminlərə də yrr verdiklərini vurğulayıb.


O, stomatologiya fakültəsinin tələbələri üçün nəzərdə tutulan və yüksək peşəkarlıqla hazırlanan bu vəsaitin həm də praktik həkimlərin stolüstü kitabına çevriləcəyinə inamını ifadə edib.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar