"Qida bələdçisi"nin 77-ci buraxılışı yayımlanıb
21.10.2021 09:42
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə “ARB 24” telekanalının birgə layihəsi olan “Qida bələdçisi” verilişinin növbəti buraxılışı yayımlanıb.
Aztibb.az xəbər verir ki, budəfəki buraxılışda da aktual və maraqlı mövzulara toxunulub:
- AQTA tərəfindən qida təhlükəsizliyi sahəsində bu ilin 9 ayı ərzində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı kütləvi informasiya vasitələrinin də iştirakı ilə mətbuat konfransı keçirilib. Hesabat dövründə qida təhlükəsizliyinin, heyvan və bitki sağlamlığının təmin edilməsi istiqamətində görülən işlər, nəzarət tədbirləri, onların nəticəsi, eləcə də AQTİ və nəzdindəki laboratoriyaların fəaliyyəti barədə məlumat verilib.
- Məlum olduğu kimi, ötən il yanvarın 1-dən etibarən ölkəmizdə enerji içkilərinin minimum keyfiyyət göstəriciləri və təhlükəsizliyi həmin məhsulların qablaşdırılması, etiketlənməsi, daşınması, saxlanması və istehsalında istifadə olunan xammal və materiallara dair tələbləri əks etdirən “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” ilə tənzimlənir. İstehlak bazarında enerji içkisi adı altında istehlakçılara təqdim olunan alkoqolsuz içkilərin bu qaydalara uyğunluğunun müəyyən edilməsi məqsədilə AQTA tərəfindən monitorinqlər keçirilib. Aşkarlanmış bir sıra uyğunsuzluqlarla bağlı qanunvericiliyin tələbini pozan istehsalçılarla bağlı müvafiq tədbirlər görülüb.
- Bioloji fəallığa malik qida əlavələrinin idxalı zamanı qanunvericiliyin tələbinə riayət olunmalıdır. Bu sahədə fəaliyyət göstərən sahibkarların maarifləndirilməsi istiqamətində mütəmadi olaraq işlərin aparılmasına, görüşlərin keçirilməsinə baxmayaraq, təəssüf ki, hələ də bu tip məhsulların idxalı və satışı zamanı bir çox hallarda qanunvericiliyin tələbinin pozulduğu müşahidə olunur. AQTA bioloji fəallığa malik qida əlavələrinin idxalı və satışı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edib. Sahibkarlıq subyektlərini bir daha bu sahədə qanunvericiliyin tələbinə əməl etməyə çağırıb.
- Payızlıq əkinə hazırlıq işləri başlayıb. Yüksək məhsul əldə etmək üçün aqrotexniki tədbirlərin vaxtında və düzgün aparılması, bölgənin torpaq-iqlim xüsusiyyətinə uyğun sortların seçilməsi, zərərli orqanizmlərə qarşı effektiv mübarizə tədbirlərinin həyata keçirilməsi şərtdir. Fermerlər payızlıq əkinlər zamanı hansı amilləri nəzərə almalıdırlar? Məhsuldarlığı aşağı salan və ya onu ləngidən səbəblərin baş verməməsi üçün hansı qabaqlayıcı tədbirləri həyata keçirməlidirlər? Təsərrüfatlarda bitkilərin zərərli orqanizmlərdən mühafizəsi üçün hansı tədbirlər daha səmərəli hesab olunur? Bu və ya digər məsələlər barəsində qonağımız AQTA-nın Bitki sağlamlığı şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Taleh Şəmiyev ətraflı məlumat verib.
- Üzümçülük ölkəmizdə ənənəvi və aparıcı sahələrindən biridir. Üzüm də xarici mühit amillərinin və becərmə üsullarının dəyişilməsinə qarşı çox həssas bitkilərdəndir. Bir sıra xəstəliklər var ki, üzümçülük təsərrüfatlarına ciddi ziyan vurur. Bağlarda müşahidə olunan karantin əhəmiyyətli müxtəlif xəstəlik və zərərvericilərə qarşı mütləq mühüm təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir ki, fermerlər daha böyük məhsul itkisi və maddi ziyanla üzləşməsinlər. Məhsuldarlığın və keyfiyyətin artırılmasını təmin etmək üçün üzümlüklərə qulluq necə aparılmalıdır? Payızda üzümlüklərdə hansı tədbirlər görülür? “AQTA maarifləndirir” rubrikasında AQTİ-nin mütəxəssisi Aysel Səlimova üzümün karantin əhəmiyyətli xəstəliklərindən, mühüm qabaqlayıcı mübarizə tədbirlərindən geniş bəhs edib.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanlı həkimlərin Almaniyadan dünyaya uzanan həmrəylik körpüsü
27.10.2026 | 09:30
Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır
26.10.2026 | 10:54
Tibbin 9 istiqaməti, yeni elmi nəticələr: ATU jurnalının növbəti sayı
24.10.2026 | 14:04
ATU əməkdaşının tək müəllif kimi hazırladığı elmi məqalə Q1 kateqoriyalı jurnalda dərc olunub
24.10.2026 | 10:50
Azərbaycan dilində müasir dərslik təqdim olunub
09.10.2026 | 10:49
Yeni mühazirə dərsliyi nəşr olunub
01.10.2026 | 16:12
Ölümsüzlük və əbədiyyət
30.09.2026 | 14:32
Elmi anatomiyanın banisi
29.09.2026 | 11:06
ATU-nun həkim-rezidentlərinin həmmüəllif olduğu elmi məqalə beynəlxalq "Rheumatology" jurnalında
27.09.2026 | 17:18
Respublika Klinik Xəstəxanasının həkimlərinin iştirakı ilə aparılan beynəlxalq tədqiqat Q1 kateqoriyalı jurnalda dərc olunub
20.09.2026 | 15:58
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
18.10.2026 | 09:20
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər
18.10.2026 | 14:28

