"Qida bələdçisi"nin 75-ci buraxılışı yayımlanıb
06.10.2021 12:14
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə “ARB 24” telekanalının birgə layihəsi olan “Qida bələdçisi” verilişinin növbəti buraxılışı yayımlanıb.
Aztibb.az xəbər verir ki, budəfəki buraxılışda da aktual və maraqlı mövzulara toxunulub:
- Türkiyə ilə qida təhlükəsizliyi sahəsində əməkdaşlıq daha da genişlənəcək. AQTA sədri Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri ilə görüşüb. Qarşılıqlı əməkdaşlığa dair iki qurum arasında bir sıra sənədlər imzalanıb.
- Rusiyaya alma ixracı artıb. Belə ki, daha 5 müəssisə də alma məhsulunu Rusiyaya ixrac edə biləcək. Qeyd edək ki, bu günədək Rusiyanın müvafiq qurumu tərəfindən ümumilikdə 70 alma istehsalı müəssisəsindən bu ölkəyə məhsul ixracına icazə verilib. Hazırda Rusiya Federasiyasına alma ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 153 397 ton təşkil edir. Bu da ötən il Rusiyaya ixrac olunan 66 924 ton alma məhsulunun 229 %-i həcmindədir.
- Respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqlər keçirilir.
- Kafe-restoranlar artıq yeni qaydalarla işləyəcək. Belə ki, oktyabrın 1-dən etibarən yalnız hər iki vaksin dozasını qəbul etmiş şəxslər ictimai iaşə müəssisələrinə daxil ola bilərlər.
- Paytaxtda və müxtəlif bölgələrdə qida təhlükəsizliyi tələblərinin və istehlakçı hüquqlarının pozulması hallarının qarşısının alınması məqsədilə monitorinqlər keçirilib. Aşkarlanmış qanun pozuntularına qarşı qanunvericiliyin tələbinə uyğun tədbirlər görülüb.
- Heyvanların identifikasiyası heyvan mənşəli məhsulların təhlükəsizliyini təmin etmək baxımından olduqca vacib və zəruri amildir. Hazırda ölkəmizdə heyvanların identifikasiyası və qeydiyyatı sisteminin yaradılması prosesi həyata keçirilir. Qonağımız AQTA-nın Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev identifikasiya sisteminin rolu barədə ətraflı bəhs edib.
- Hazırda dünyada hər il quduzluq xəstəliyindən minlərlə insan dünyasını dəyişir. İnsanları quduzluqla yoluxduracaq heyvanların əhatə dairəsi çox genişdir. İnsanın yoluxma mənbəyi isə əsasən itlər və pişiklərdir. Bəs, bu təhlükəli xəstəlikdən necə qoruna bilərik? “AQTA maarifləndirir” rubrikasında AQTİ-nin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisi, baytar həkim Çiçək Əliyeva və həkim Fəxriyyə Əhmədova bu barədə geniş məlumat verib.
Qeyd edək ki, “Qida bələdçisi” hər həftənin bazar günü saat 19:20-də "ARB 24" telekanalında yayımlanır.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanlı həkimlərin Almaniyadan dünyaya uzanan həmrəylik körpüsü
27.10.2026 | 09:30
Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır
26.10.2026 | 10:54
Tibbin 9 istiqaməti, yeni elmi nəticələr: ATU jurnalının növbəti sayı
24.10.2026 | 14:04
ATU əməkdaşının tək müəllif kimi hazırladığı elmi məqalə Q1 kateqoriyalı jurnalda dərc olunub
24.10.2026 | 10:50
Azərbaycan dilində müasir dərslik təqdim olunub
09.10.2026 | 10:49
Yeni mühazirə dərsliyi nəşr olunub
01.10.2026 | 16:12
Ölümsüzlük və əbədiyyət
30.09.2026 | 14:32
Elmi anatomiyanın banisi
29.09.2026 | 11:06
ATU-nun həkim-rezidentlərinin həmmüəllif olduğu elmi məqalə beynəlxalq "Rheumatology" jurnalında
27.09.2026 | 17:18
Respublika Klinik Xəstəxanasının həkimlərinin iştirakı ilə aparılan beynəlxalq tədqiqat Q1 kateqoriyalı jurnalda dərc olunub
20.09.2026 | 15:58
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
18.10.2026 | 09:20
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər
18.10.2026 | 14:28

