Xalq təbabətində zeytun yarpağının faydaları
14.07.2020 15:27

C vitamini zeytun yarpağının tərkibində daha çoxdur.

 

Bunu Aztibb.az-a açıqlamasında xalq təbabətçisi İlhamə Zərdabi deyib.

 

O bildirib ki, yemişanın tərkibində limondan 20 dəfə çox, üzüm çəyirdəyində isə ondan 3 dəfə artıq C vitamini var.

 

Xalq təbabətçisinin sözlərinə görə, vitamin C  ən çox zeytun yarpağındadır.

 

Zeytun yarpağının dəmləmə qaydası:

 

Zeytun ağacının körpə yarpaqlarından 11 ədəd dərib, əlimizdə əzirik. Çaydana 1 stəkan qaynar su töküb, əzdiyimiz yarpaqları əlavə edirik. 5-15 dəqiqə müddətində dəm almasını gözləyirik. İlk dəfə istifadə edirsinizsə 7 dəqiqədən çox dəmdə qoymayın. Gün keçdikcə 15 dəqiqədən artıq olmamaq şərtilə dəmdə qalma müddətini artırmağınız məsləhətdir. Məsələn: birinci gün 7, ikinci gün 9, üçüncü gün 11 və sair....

 

İlhamə Zərdabi zeytun yağının faydalarından da danışıb.

 

"Zeytun yarpağının dəmləməsi səhər yuxudan duran kimi ac qarına içilməlidir. Onun tərkibində soyuqdəymə əleyhinə olan çox güclü antioksidant “ure peyn” var.

 

Bu, insanı xərçəng və ürək xəstəliklərindən qoruyur, təzyiqi aşağı salır, ateroskleroz riskini minimuma endirir, pis xolesterinə təsir edir. Bundan əlavə, o, qanda trombositin yaranmasının qarşısını alır və sinir sisteminin sakitləşdirilməsində mühüm rol oynayır. Aritmiya, psoriaz, artritdə və əzələ spazmalarının müalicəsində də çox effektlidir.

 

Mədə-bağırsaq sistemində problem, sidik yollarında infeksiya olanda zeytun yağı ekstraktından da istifadə olunur. Zeytun yarpağı orqanizmdə olan ən güclü toksinləri bədəndən xaric etməkdə kömək edə bilir.

 

Zeytun yağını soyuducuya qoyduqda onun ən üst, donmayan hissəsi dərman kimi istifadə olunur. Təzyiqi, şəkəri salmadan sadəcə immunitetini artırmaq istəyənlər bu dəmləməyə bal qarışdararaq içə bilər. Zeytunun tərkibində Mendeleyev cədvəlində olan bütün elementlər mövcuddur".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır