Ağır məktəb çantaları uşaqlarda bel və onurğa xəstəlikləri yarada bilər - Tanınmış reabilitoloq
28.09.2021 12:15
Azərbaycanda uşaqlar məktəb həyatına ilk addımlarını 6 yaşında atır. Müasir təhsil metodumuzda dərsliklərin çoxluğunu nəzərə alan valideynlər çanta seçimində diqqətli olmalıdırlar. Çünki, düzgün çanta seçilmədikdə uşaqlarda müxtəlif dərəcəli xəstəliklər yarana bilər.
 
Aztibb.az xəbər verir ki, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bu barədə məlumat paylaşıb.
 
Bəs düzgün çantanı necə seçməli?
 
Həkimin sözlərinə görə, beynəlxalq təcrübələrə və qəbul olunan prinsiplərə əsasən düzgün çantanın necə seçilməsi müəyyənləşdirilib:
 
Dünya mütəxəssislərinin qəbul etdiyi qaydaya görə, düzgün çanta seçimi hər bir uşağın çəkisindən 10 faiz çox olmamaq şərti ilə seçilməlidir. Yəni, 40 kq çəkisi olan uşağın çantasının ağırlığı 4 kq olmalıdır. İçərisi boş olan çantanın çəkisi isə 700 qram qəbul edilib. Çox təəssüf ki, valideynlər bu kimi qaydalara əməl etmirlər. Onlar daha çox ən son model və bahalı çantalara üstünlük verirlər. Amma nəzərə almaq lazımdır ki, bu uşaqların sağlamlığı üçün olduqca təhlükəlidir:
 
"Məlumata görə, 6-8 yaşınadək olan uşaqların çantalarının ağırlığı 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlarda ən çox 4, 12-15 yaş uşaqlarda isə 5 kilo olmalıdır. Lakin bu zaman çantanın götürülmə müddətinə diqqət etmək lazımdır. Əgər uşaq uzun yol gedirsə bu zaman çantanın daşınmasında kömək edilməlidir. Bundan əlavə, kürək çantaları mütləq hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə, yəni skolioz kimi xəstəliklərə səbəb ola bilər.
 
Ağır çantalar hansı xəstəliklərə səbəb olur?
 
Ağır məkəktəb çantaları get-gedə uşaqlarda bel və onurğa kimi ciddi xəstəliklər yaradır. Bu xəstəliklər daha çox 8-12 yaş aralığında olan uşaqlarda rast gəlinir. Belə ki, ciddi bel ağrıları, skolioz, kifoz, bəzən nəfəs darlığı kimi xəstəliklər yaranır".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev