Səyirici aritmiya zamanı tətbiq edilən elektrik kardioversiya nədir?
24.09.2021 13:16
Səyrici aritmiya – ürəyin ritm pozğunluğu olub, qulaqcıqların sürətli, xaotik oyanması və yığılması, yaxud qulaqcıq əzələ liflərinin ayrı-ayrı qruplarının fibrillyasiyası ilə müşayiət edilir.
 
Aztibb.az xəbər verir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat paylaşıb.
 
Cərrahın sözlərinə görə, ürək yüklə işlədiyindən lazımi şəkildə qanı pompa edə bilmir. İlk başda beyin olmaqla, orqanlar az qanla təmin olunur. Az qanla təmin olunan orqanlar normal çalışmır, bütün orqanizmdə xaos başlayır. Bu zaman ürək yığılmalarının tezliyi dəqiqədə 350-600 olur.
 
Cabir Gülmalıyev bildirib ki, dərman terapiyası ilə gözlənilən nəticə alınmadıqda kəskin vəziyyətlərdə elektrik kardioversiya (ürək ritmini bərpa etmək üçün ürək nahiyəsinə impulslu elektrik cərəyanının çəkilməsi) tətbiq edilir.
 
Təcili və ya təxirəsalınmaz kardioversiya aşağıdakı 4 halda tələb oluna bilər:
 
- Ürəyin aktiv işemiyası (simptomatik və ya EKQ-də görünən)
- Orqanların hipoperfuziyasına dəlalət əlamətlər olduqda
- Ürək çatışmazlığının ağır təzahürü, məs., ağciyər ödemi olduqda
- Ürəyin mədəciklərinin həddən artıq sürətlənmiş döyüntüsünə səbəb olan əlavə yolların olması ilə müşahidə edilən erkən oyanma sindromu olduqda.
 
"Xroniki forma elektrik kardioversiyanın qeyri-effektivliyi ilə səciyyələnir. Xroniki səyirici aritmiyası olan uyğun xəstələrdə perkutan və ya cərrahi yolla ablasiya tətbiq edilir", - deyə həkim  bildirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir