Anaplastik tiroid xərçəngi nədir?
22.09.2021 10:21
Tiroid vəzin anaplastik karsinomları xərçəng tipləri arasında ən aqressiv törəmələrdən olub, çox hallarda ölümlə nəticələnir. Kişilərdə qadınlara nisbətən daha sıx rastlanır. Anaplastik tiroid xərçəngi daha çox yaşlı insanlarda (65 yaş və sonra) müşahidə olunur.
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim-endokrinoloq Fərhad Burzu sosial şəbəkədə məlumat yayıb.
 
Həkim bildirib ki, anaplastik tiroid xərçəngi çox sürətlə inkişaf edir, sərt olur, ətraf toxumalara yayılır, əksər hallarda ağciyər və sümüklərə metaztaz verir. Anaplastik karsinomlar çox sürətlə böyüyür və digər orqanlara metastaz verdikdə, ölüm riski artır, müalicələrə baxmayaraq xəstələr ortalama 1 il yaşayır.
 
Fərhad Burzunun sözlərinə görə, anaplastik tiroid xərçənginin müalicəsi standart Total Tiroidektomidir (tiroid vəzin təmamilə xaric edilməsi). Total tiroidektomiya aparılmırsa, pasiyentin boğulmasının qarşısını almaq məqsədilə trakeostomi aparılır. Adətən əməliyyatdan sonra radioterapiya tətbiq edilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir