Koronar Bypass əməliyyatı zamanı VACİB TÖVSİYYƏLƏR
21.09.2021 12:22
Koronar şuntlama (Bypass) əməliyyatına hazırlıq həkim-kardioloq tərəfindən təşkil olunur. Bəzi dərmanlar əməliyyatdan əvvəl istifadə edilməməlidir.
 
Aztibb.az xəbər verir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev sosial şəbəkədə məlumat paylaşıb.
 
Həkim bildirib ki, siqaret çəkənlər qan axını və tənəffüsünü asanlaşdırmaq üçün siqareti buraxmalıdırlar. Bundan başqa, koronar şuntlamadan əvvəl bütün orqanların funksiyaları və insult riskləri analizlər vasitəsilə öyrənilir.
 
Onun sözlərinə görə, belə bir əməliyyatdan sonra xəstə əvvəlki həyat tərzini köklü şəkildə dəyişdirməlidir. Həkimin qidalanma rejimi, dərman vasitələrindən istifadə, idmanla məşğul olma və gündəlik həyatla bağlı tövsiyələrinə riayət etmək lazımdır. Bundan başqa, əməliyyat keçirmiş insan öz yemək vərdişlərini ürəyin sağlamlığını qoruyan pəhrizə uyğunlaşdırmalıdır. 
 
"Əməliyyat sonrası bu cür köklü dəyişikliklər bəzi xəstələrdə psixoloji narahatlığa səbəb ola bilər. Psixoloq yardımı almaq məsləhətdir. Əməliyyat keçirmiş xəstələrdə "erektil disfunksiyanın" pozulması zamanı istifadə olunan bəzi dərmanların çox riskli olduğu, bəzi hallarda ölümlə nəticələnə biləcəyini xəstələrə bildirmək mütləqdir", - deyə Cabir Gülmalıyev bildirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir