Tibb tarixində 40-dan çox peyvəndi icad edən həkim - Maurice Hillleman
13.09.2021 12:00

Tibb tarixində 40-dan çox peyvəndi icad edən həkim, müasir peyvənd dövrünün (son 100 illik) qəhrəmanı Maurice Hilleman 1957-ci ildə Asiya Qripi (Hong Kong) epidemiyası zamanı 4 aya peyvənd hazırlamağı ilə məşhur olub.

 

Aztibb.az xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyə komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudov sosial şəbəkədə məlumat verib.

 

O, qeyd edib ki, həkim ABŞ-da uzun illər qəhrəman kimi xatırlanıb. Çünki "Asiya qripi" bütün dünyada 2 milyon ölümə səbəb olarkən, M.Hillemanın peyvəndi sayəsində ABŞ-da 70 min ölümlə problem aradan qaldırılıb.

R.Mahmudovun sözlərinə görə, M.Hilleman bildirib ki,  tənəffüs yolu viruslarından sağ çıxsanız da, nAb (anticisim) cavabı çox vaxt tam olmur və ya uzun müddət davam etmir. Peyvəndinizi 1-3 ay ərzində etdirməyə çalışın.

Sonda R.Mahmudov qeyd edib: "Azad seçim və sərbəst qərar əlbəttə vacibdir. Amma pandemiyalarda təsdiqi olmayan söz söhbətə çox da güvənmək lazım deyil. Elmi tədqiqatlar və rəsmi qurumların qərarlarına əməl edək. Həyat, mənbəyi naməlum olan hər eşitdiyinizi üzərinizdə yoxlamaq üçün kifayət qədər uzun deyil. Bəzən başqalarının təcrübəsindən yararlanmalısan".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir