İranda koronavirusa yoluxan 101 və 103 yaşlı bacılar müalicə olunaraq sağalıblar
04.09.2021 21:26

İranın Səhiyyə Nazirliyi Pastera, Razi və SinnGen elmi tədqiqat institutları tərəfindən istehsal edilən peyvəndlərə lisenziya verib. Keçirilən sınaqlar bu institutlar tərəfindən hazırlanan peyvəndlərin yararlı olduğunu göstərib.

 

Aztibb.az xəbər verir ki, bu barədə məlumatı səhiyyə və tibbi təhsil naziri Bəhyram Eynullahi verib. O, bildirib ki, İran peyvəndləri xarici peyvəndlərdən nəinki geridə qalmır, əksinə bir sıra göstəricilərinə görə onları üstələyir.

 

Nazir diqqətə çatdırıb ki, hazırda ölkədə əhalinin peyvəndlənməsi prosesi davam edir və 30 milyona yaxın insana peyvənd vurulub. Onun sözlərinə görə ölkədə 2022-ci ilin fevralına kimi əhalinin 95 faizinə peyvənd vurulacaq. Hazırda “Cov İran Barakat” peyvəndindən istifadə olunur.

 

Səhiyyə Nazirliyin açıqlamasına görə, son 24 saat ərzində İranda 20 min 404 nəfər virusa yoluxub, 515 nəfər isə bu xəstəlikdən həyatını itirib. Bununla da ölkədə yoluxanların ümumi sayı 5 milyon 103 min 537 nəfərə, ölənlərin ümumi sayı isə 110 min 64-ə çatıb. Müalicəsi davam edən 7 min 744 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda bu günə kimi 4 milyon 332 min 892 nəfər sağalaraq evə buraxılıb.

 

İranın Minab şəhərində koronavirusa yoluxan 101 və 103 yaşlı bacılar müalicə aldıqdan sonra sağalıblar. Hazırda onlar evə buraxılıb və özlərini yaxşı hiss edirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir